Gəncəli azarkeşlərdən tələb

09.02.2016 | 2555 dəfə oxunub

"Kəpəz" azarkeşləri redaksiyamıza müraciət ünvanlayıblar.

Stadium.Az xəbər verir ki, Gəncə klubunun tərəfdarları komandalarının ev oyunlarını keçirdiyi şəhər stadionunda təmir işlərinin başlanılmasını tələb edirlər.

Həmin müraciəti təqdim edirik: "Hamımızın gördüyü kimi, "Kəpəz" avrokuboklara vəsiqə uğrunda böyük addımlar atır. Bildiyimiz kimi, "İnter" UEFA tərəfindən qadağaya məruz qaldığı üçün, "Zirə" isə yüksək liqada ilk dəfə çıxış etdiyi üçün 2016-17 mövsümündə Avropa Liqasında çıxış edə bilməz. Bu isə onsuz da yüksək olan şanslarımızı daha da artırır. Amma təəssüf ki, Avroliqaya qatıldılığımız halda "Kəpəz" ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qalacaq. Çünki stadionumuzun hazırkı vəziyyəti standartların qat-qat altındadır. Əslində bu mövzunu əsas gündəmə gətirə bilsək, bu işlə bağlı ciddi təmir başlanılsa, yaya kimi stadionu UEFA-nın tələblərinə uyğun vəziyyətə gətirmək olar. Necə ki, Bakı Olimpiya stadionu kimi böyük stadion qısa müddətdə tikilib təhvil verildi. Ölkənin ikinci böyük şəhərinin stadionunu da yaya kimi ideal vəziyyətə gətirmək bir neçə aya mümkün olar.

Hər oyun stadiona heç 1000 nəfər azarkeş yığa bilməyən komandaların stadionu, hər oyun azarkeş rekordları qıran "Kəpəz"imizin stadionundan qat-qat ideal vəziyyətdədir. Belə getsə, nəinki Avroliqa oyunları, həmçinin ev oyunlarını da Bakıda keçirməli olacağıq. Çünki günü-gündən stadionun vəziyyəti bərbad hala düşür. Hələ ki, az da olsa, vaxtımız var.

"Kəpəz" azarkeşləri adından xahiş edirik, bizim də stadionumuzda əsaslı təmir işləri başlanılsın"!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail