Erməni futbol funksioneri: "Bu gün ad günümə görə təbrikləri həm Bakıdan, həm də İrəvandan alıram"

22.04.2016 | 4041 dəfə oxunub

Dünən Futbol Veteranları İttifaqının prezidenti, SSRİ idman ustası, “Neftçi”, “Ararat” və Moskva “Spartak”ının, eləcə də SSRİ yığma komandasının keçmiş müdafiəçisi, Rusiya Futbol İttifaqı prezidentinin müşaviri Aleksandr Mirzoyanın 65 yaşı tamam oldu. 

Stadium.Az xəbər verir ki, haqqin.az bu münasibətlə "Neftçi"nin sabiq futbolçusundan müsahibə götürüb.

Mirzoyan qeyd edib ki, Bakıda böyüyüb başa çatıb: “Biz 5-ci Dağüstü küçəsində, keçmiş “Ermənikənd”də, yəni demək olar ki, Respublika stadionunun yaxınlığında yaşayırdıq. O zaman İnqilab küçəsində tramvay işləyirdi. Hər dəfə oyun olanda, azarkeşlərin tramvayla stadiona necə getdiklərinin şahidi olurdum”.

A.Mirzoyanın sözlərinə görə, 1968-ci ildən 1974-cü ilə qədər “Neftçi”də Anatoli Banişevski, Eduard Markarov, Kazbek Tuayev, Vyaçeslav Semiqlazovla bir yerdə çıxış edib və sonra “Ararat” komandasına keçib.

İrəvan komandasına keçidində milliyyətinin rolunun olub-olmadığı ilə bağlı suala cavab verərkən keçmiş futbolçu deyib: “Nə danışırsınız? O vaxt Bakıda insanları milliyyətinə görə bölmürdülər. Azərbaycanlılar çox sülhsevər və yaxşı xalqdır. Mən indiyə qədər bakılı dostlarımla ünsiyyət saxlayıram. Məsələn, Rafiq Quliyevlə, Tofiq Abbasovla və s. Biz bakılılar bütün xalqlara yaxşı yanaşırıq. Kimsə Qarabağda nə törədibsə, Allah cəzasını versin. Axı biz – sadə ermənilər də zərər görmüşük.

Hətta belə deyim. Ailəmizdə milliyyət barədə danışmaq heç vaxt qəbul edilmirdi. Bizdə beynəlmiləl ailə vardı. Anam rus, həyat yoldaşımın anası isə osetin idi. Qardaşım oğlu futbolu öz dostları - azərbaycanlılarla oynayır. Və bu gün ad günümə görə təbrikləri həm Bakıdan, həm də İrəvandan alıram".

“Heç vaxt fikirləşə bilməzdim ki, iki yaxın xalqı belə bir-birinə düşmən edə bilərlər. Bütün bunları görmək mənim üçün ağrılıdır. Yeri gəlmişkən, futbol karyeramı bitirdikdən sonra həyat yoldaşımla Bakıya qayıdıb yaşamaq istəyirdik, heyf ki, alınmadı.

Bakıda anamın qəbri var, mən isə ora gedə bilmirəm. Doğulub boya-başa çatdığın, ananın qəbri olan şəhərə gedə bilməmək çox üzücüdür. Mən heç bir xalqı baş verənlərdə günahlandırmıram. Yalnız nəyi böldüklərini anlamadığım erməni siyasətçilərini qınayıram. Düşünürdüm ki, bu münaqişə tezliklə həll olunar. Təəssüf ki, olmadı...”, - Aleksandr Mirzoyan belə deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail