Cüdoçumuz Kazanda Avropa çempionu oldu

23.04.2016 | 3601 dəfə oxunub

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Stadium.Az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə daha 2 idmançınız qoşulub.

73 kq

Yığmamızın liderlərindən hesab olunan Rüstəm Orucov mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk cəhdində litvalı Kestutis Vitkauskasla üz-üzə gəlib və rəqibini ippona salıb. Orucov növbəti döyüşündə də eyni uğuru təkrarlayıb. Cüdoçumuz Yakub Jesminekə (Çexiya) cəmi 22 saniyəyə qalib gəlib. Rüstəm 1/4 finalda Rok Draksiçlə (Sloveniya) qüvvəsini sınayıb. "Böyük dəbilqə"nin qalibi bu rəqibinə də şans verməyərək, yarımfinalda iştirak hüququ qazanıb. Həmyerlimiz finala gedən yolda rusiyalı Denis Yartsevi də mübarizədən kənarlaşdırıb. Rəqibini ippona salmaq üçün təmsilçimizə 2 dəqiqə kifayət edib. O, həlledici qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Orucov qızıl medal qazanaraq, qitənin ən güclüsü olub.

81 kq

Əbdülhaqq Rəsullunun da ilk döyüşü 1/16 finala təsadüf edib. Alen Şmittlə (Fransa) qarşılaşan həmyerlimiz tatamini qalib tərk edib. O, 1/8 finalda Yoahim Bottye (Belçika) ilə gücünü yoxlayıb və 67 saniyəyə ipponla uduzub.

Yarışın ilk günündə 4 cüdoçumuz tatamiyə çıxıb və onlardan yalnız biri - Orxan Səfərov (60 kq) fəxri kürsüyə qalxıb. O, gümüş medalla kifayətlənib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail