Şahin Diniyev: "Mənim ürəyim də, nəfəsim də “Kəpəz”lədir" - MÜSAHİBƏ

24.04.2016 | 4058 dəfə oxunub

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Sumqayıt”a 3:2 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Hesabda geri düşdükdən sonra “Sumqayıt” kimi komandala oyunda dönüş etmək çox çətindi. Bu isə o deməkdir ki, hücuma atılmalısan və boşluqlar verəcəksən. Belə boşluqlar isə “Sumqayıt”a hava və su kimi lazımdı. Risk elədik və sevinirəm ki, bu gün 3 xal qazandıq. Çox sevinirəm ki, bu gün özümüzə gəldik və qələbə qazandıq. Bizim üçün Avroliqaya getmək üçün yaxşı şans var. Az heyətlə bunu bacarsaq, böyük uğur olacaq. Azarkeşlər üçün həm bol qollu oyun oldu, həm də hücum futbolu göstərdi hər iki komanda.

- Razısız ki, qələbənizdə sizin komandadan çox, rəqib oyunçuların payı oldu. Məhz onların səhvləri “Kəpəz”in qələbə qazanmasına şərait yaratdı...

- Məncə bu gün yaxşı futbol oynadıq. Əgər rəqib səhv edirsə, demək onlara təzyiq var. Biz pressinq edirik ki, rəqib də səhv edir. Mən elə düşünmürəm. Mən komandamın oyunundan razıyam. Sadəcə son 15 dəqiqədə bir qədər arxayınçılıq oldu. Biz bu gün 3 xala layiq idik. Haqqına qələbə qazandıq.

- Sizin komanda bu heyətlə Avroliqada uğur qazana bilər?

- Mən sizinlə razıyam, heyət güclənməlidir. Təbii ki, bu heyətlə zəif olar. Biz demirik ki, heyət güclənsə gedib qrupa düşəcəyik. Bu komandanın hər xəttinə bir yeni güclü futbolçu lazımdı. Bunu necə həll edəcəyik bunu zaman göstərəcək. Bizim yerimiz yox, şəraitimiz yox, yollarda qalmışıq. Bunlar səbəb olmamalıdır, azarkeş bizdən nəticə tələb edir, haqlıdırlar da. Bu yöndə işlərə başlamışıq, qismət olarsa hər xəttə bir futbolçu cəlb edəcəyik.

- Təbii haldır ki, “Kəpəz”in bu uğurunda sizin əməyiniz böyükdür. Bildiyimiz qədəriylə “Neftçi” klubu sizi baş məşqçi təyin etməkdə israrlıdır. Təklif gəlsə bunu necə qiymətləndirəcəksiz?

- Hazırda mənim ürəyim də, nəfəsim də “Kəpəz”lədir. Mən indi ancaq bu komandanı düşünürəm. Əgər bu gün “Neftçi” mənimlə maraqlanırsa bu mənim yox, mənim futbolçularımın əməyi sayəsindədir. Heç bir komandayla danışığım olmayıb. Amma heç vaxt, heç vaxt söhbəti də yoxdur. Hazırda bütün fikrim bu komandaya bağlıdır. İndi məni ən çox düşündürən gəncəli azarkeşləri sevindirməkdir.

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail