Azərbaycanlı boksçu alman rəqibini noqdaunla üstələdi

26.04.2016 | 3507 dəfə oxunub

Almaniyanın Hagen şəhərində boks üzrə ölkə çempionatı keçirilib. Stadium.Az xəbər verir ki, yarışda Almaniyada yaşayan azərbaycanlı boksçu Ağalı Alışov da iştirak edib. Alman idmançı Said Maraş ilə qarşılaşan Ağalı Alışov rəqibi üzərində böyük üstünlüklə qələbə qazanıb.

Maraş döyüşdən əvvəl keçirilən mətbuat konfransında qeyd edib ki, azərbaycanlı idmançını nokaut ilə məğlub edəcək. Və hətta tədbirdə bunu dedikdən sonra, idmançımızın yaxasından tutaraq güc tətbiq edib. Lakin A. Alışova psixoloji təsir göstərməyə cəhd edən S. Maraş, rinqdə özü noqdauna düşərək məğlub olub.

"Boş boğaz insanları heç vaxt sevməmişəm və elə insanlara da heç vaxt hörmətim olmayıb. Mən daim çalışıram ki, öz sözümü rinqdə deyim. Rəqibimin bu hərəkətinə heç fikir belə, vermək niyyətim yox idi, çünki döyüşöncəsi sakit olmağa çalışıram. Lakin əl atıb yaxamdan dartması məni bir az özümdən çıxardı", —deyə A. Alışov Sputnik-ə açıqlamasında bildirib.

O, rəqibini nokauta salacağına dair məşqçisinə söz verdiyini deyib: "Rəqibimi nokauta salacağıma dair öz məşqçimə söz vermişdim. 3-cü raundun sonuna 15 saniyə qalmış onu noqdauna saldım, lakin raundun sona çatması rəqibi nokaut olmaqdan xilas etdi".

"4-cü raund başlar-başlamaz rəqibim mənim üzərimə hücuma keçdi, lakin mən onun qarşısını öz zərbələrimlə aldım və nəticədə rəqib tərəfin müəllimi ağ dəsmalı ringə ataraq döyüşün saxlanılmasını tələb etdi. Bununla da döyüş mənim xeyrimə bitdi", — idmançımız vurğulayıb.


A. Alışov rəqibinin döyüşdən sonra onu təbrik etdiyini də əlavə edib: "Said Maraş sözünü tuta bilməyib məğlub olsa da, döyüşsonrası mənə yaxınlaşıb güclü olduğumu söylədi və məni təbrik etdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail