Qurban Qurbanovdan rekord

02.05.2016 | 2865 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. Stadium.Az xəbər verir ki, o, ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. Buna səbəb “Qarabağ”ın Topaz Premyer Liqasının 2015/16 mövsümünün çempionu olmaqla ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmamışdı. Ardıcıl 3 çempionluq əldə edən “Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.

Ümumiyyətlə isə o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb – hərəsi 3 dəfə. “Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 çalışdırıcı – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.

 

Azərbaycan çempionlarının baş məşqçiləri

1992. Əhməd Ələsgərov

1993. Ağasəlim Mircavadov

1993/94. Kazbek Tuayev

1994/95. Mehman Allahverdiyev

1995/96. Kazbek Tuayev

1996/97. Kazbek Tuayev

1997/98. Mehman Allahverdiyev

1998/99. Mehman Allahverdiyev

1999/2000. Ağasəlim Mircavadov

2000/01. Ağasəlim Mircavadov

2001/02. yarımçıq qalıb

2003/04. Kazbek Tuayev

2004/05. Ağasəlim Mircavadov

2005/06. Böyükağa Hacıyev

2006/07. Ağasəlim Mircavadov

2007/08. Valentin Xodukin

2008/09. Qyoko Hacievski

 2009/10. Kaxaber Sxadadze

2010/11. Arif Əsədov

2011/12. Böyükağa Hacıyev

2012/13. Böyükağa Hacıyev

2013/14. Qurban Qurbanov

2014/15. Qurban Qurbanov

2015/16. Qurban Qurbanov

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail