Adil Şükürov: "Mən bununla razı deyiləm" - MÜSAHİBƏ

02.05.2016 | 2900 dəfə oxunub

“Zirə” Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda “Qarabağ”a iki cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Adil Şükürov oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk növbədə öz azarkeşlərimizə təşəkkür edirəm. Onlar çox möhtəşəm idilər. 12-ci oyunçu kimi əllərindən gələni edirlər. Biz yeni yaranmış komandayıq. Heç bir yeni yaranan komanda belə güclü rəqibə qarşı bu cür gözəl futbol oynamayıb, mən görməmişəm. Bunu da bizim komandamız etdi. Buna görə komandamıza təşəkkür düşür. Bu oyunla çempionluq şansımı bitdi. Bundan sonra sona kimi vuruşub gümüş medallar uğrunda mübarizə aparacağıq.

- Digər iddialı komandalardan fərqli olaraq, “Qarabağ”a qarşı oyunlarınız alınmadı...

- “Qarabağ” bizə qalib gəlib, amma biz bu komandaya qarşı ilk ev oyunumuzda başa-baş mübarizə aparıb xal əldə etmişdik (0:0). İkinci oyunda 4:1 hesabıyla uduzsaq da, qolları standard vəziyyətlərdən buraxmışdıq. Bu gün komandamız mövsüm ərzindəki ən yaxşı oyunlarından birini oynadı. Biz yeni yarabmış komandayıq. Heç bir komanda “Qarabağ”a qarşı belə aqressiv futbol oynamamışdı, oynayan da acınacaqlı duruma düşmüşdü. Planlarımızda hazırlayırıq. Bəzi xırda nüansları da rəhbərliklə danışdıqdan sonra bu barədə mətbuata məlumat veriləcək.

- Oyunun 67-ci dəqiqəsində cərimə zərbəsi yerinə yetirilərkən Tatoyla Krneta arasında qalmaqal yaşandı. Ümumiyyətlə, oyundan əvvəl bunlar futbolçulara tapşırılır ki, cərimə zərbəsin kim yerinə yetirəcək?

- Bəli, hər dəfə oyundan əvvəl bunlar futbolçulara tapşırılır. Həmin an Tato meydana yeni çıxdığı üçün sanki bunları yaddan çıxatmışdı.

- “Qarabağ” “Zirə”nin “dilin” yaxşı öyrənib, yoxsa “Zirə” “Qarabağ”ın “dilin” tapa bilmir?

- Mən belə deməzdim. Bu gün bizim komanda çox yaxşı futbol sərgilədi. Sadəcə olaraq qapımıza vurulan hər iki qolda rəqib futbolçuların ustalıq səviyyəsi öz sözünü dedi. Bu da keçərli bir məqamdı.

- Düşünmürsüz ki, kubokun cavab oyununda “Qəbələ”yə qarşı əsas heyətlə oynamamağınız sizi həm çempionluqdan etdi, həm də kubokdan?

- Biz bunu heç zaman düşünməmişik. Sadəcə olaraq həmin zaman heyətlə bağlı problemlərimiz vardı. Bəziləri xəstə idi, bəziləri  də zədəli idi. Nicat Qurbanovun hərarəti yüksək olduğu üçün oynatmamışdıq. Krneta zədəli idi. Biz heç vaxt mübarizədən kənara qaçmaq barədə düşünməmişik.

- Bonillanı nə üçün əvəzlədiz?

- Bonilla Premyer Liqanın bombardiridir. Sadəcə olaraq hiss etdik ki, artıq yorulub, əvəzlənməsi lazım idi. Çünki olduqca çox mübarizə apardı. Ön xətdə daha çox aqressiv olmaq üçün yorulmuş Bonillanı əvəzlədim.

- Bonillanı komandada saxlayacaqsız?

- Bonilla ilə danışmışıq. Bir müddətdən sonra bu barədə də məlumat veriləcək.

- İkinci qoldan sonra müdafiədə çox boşluqlar yarandı. Bu nəylə bağlıydı?

- Bizim komanda sona kimi mübarizə apardı. Sona kimi çalışdıq ki, heç olmaya bir qolun əvəzini çıxaq. İstəyirdik ki, qol vuraq. Çox hücum edən də isə müdafiədə boşluqların yaranması qaçılmazdır.

- Razısız ki, çempionatın səviyyəsi çox düşüb? Çünki daha əvvəlki illərdə çempionatın ikincisi lider qarşısında belə aciz futbol oynamırdı...

- Mən bununla razı deyiləm. Komandalar eyni durumdadı. Komandalar futbolçuların ustalıq səviyyəsinə görə “Qarabağ”a uduzur. Dünyanın bəzi ölkələrində liderlə ikinci və üçüncü yerdə gedən komandalar arasında böyük fərqlər var. Bu o demık deyil ki, o çempionatlar çox zəifləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail