Əmrah Çəlikəl: " Kuboku Ağdama aparmaqla bağlı danışığımız olub" - MÜSAHİBƏ

02.05.2016 | 3470 dəfə oxunub

“Qarabağ” ardıcıl olaraq üçüncü mövsümdür ki, Azərbaycan çempionu olur. Stadium.Az xəbər verir ki, çempionluğun rəsmiləşdiyi “Zirə” üzərində 2:0 hesablı qələbədən sonra komandanın idman direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb:


- Artıq ardıcıl üçüncü mövümdür ki, çempion oldunuz. Təəssüratlarınızı bilmək maraqlıdır...

- Qələbəyə görə bizi təbrik edən hər kəsə təşəkkür edirik. Komanda bacardığı qədər yaxşı oyun göstərməyə çalışır. Bu il də ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışacağıq.

- Tahir Gözəlin oyuna gəlməməsi nə ilə bağlıdı?

- Tahir bəy ölkə xaricindədi. Oyun zamanı mütəmadi əlaqə saxlayırdıq. O da öz təbriklərini komanda üzvlərinə və azarkeşlərimizə çatdırdı. Gələcək oyunlarda komandanın yanında olacaq. Təbii ki, işlərlə uyğunluq olarsa.

- Komanda hansı şəkildə mükafatlandırılacaq? Konkret məbləğ açıqlaya bilərsinizmi?

- Təbii ki mükafatlandırılma olacaq. Hər zamankı kimi uşaqların zəhmətinin qarşılığı veriləcək. “Qarabağ” elə bir komandadır ki, burada heç zaman kimsənin əziyyəti mükafatsız qalmayıb.

- Yeni transferlərlə bağlı axtarışlara  başlanılıbmı?

- Hələ çempionatın başa çatmasını gözləyirik. Mövsüm bitdikdən sonra bu sahədə işlərə başlayacağıq. Bu da baş məşqçimizin öhdəsində olacaq işdi. Qurban müəllim transfer məsələlərinə çox həssas yanaşır.

- Çempionluq kubokunu Ağdama aparmağı düşünürsünüzmü?

- Kuboku Ağdama aparmaqla bağlı danışığımız olub. Amma konkret qərar verməmişik. Qərar konkretləşdikdən sonra açıqlama verəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail