"Vurduğum qollar deyil, komandamızın uğuru vacibdir"

03.05.2016 | 3342 dəfə oxunub

“Neftçi” ilə oyun haqda indi nəsə söyləmək çətindir. Artıq neçənci dəfədir ki, yaradılan qol imkanlarından istifadə edə bilmirik. Əgər bundan maksimum yararlansaydıq, daha çox qol vurardıq. Lakin rəqibin xırda səhvlərimizdən də istifadə etdiyini nəzərə alsaq, hesabı qanunauyğunluq kimi dəyərləndirmək olar". 

Stadium.Az xəbər evrir ki, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay klubun rəsmi saytına açıqlamasında deyib. 

"Qəbələ"nin heyətində meydana çıxdığı son 4 oyunda fərqlənən ukraynalı futbolçu daha sonra bunları bildirib: "Futbolda səhvin olmaması mümkünsüzdür. Hesabda iki dəfə önə keçdik. Bəlkə də konsentrasiyanın ani itirilməsi hər iki halda hesabın bərabərləşməsi ilə nəticələndi".

Aprelin 27-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda, mayın 1-də isə Premyer Liqanın 32-ci turunda “Neftçi” ilə görüşən “qırmızı-qaralar” mayın 4-də yenidən eyni rəqiblə üz-üzə gələcək. Qay hər iki matçda qol vurduğu komanda ilə 3-cü duelin vacibliyini qeyd edib: "Bir gün sonra baş tutacaq qarşılaşma çox vacib əhəmiyyət kəsb edir. Çünki yarımfinalın cavab oyununun dəyəri də böyükdür. Uğur qazanacaq komanda həlledici matça vəsiqə əldə edəcək. Biz də bütün bacarığımızdan istifadə edib, finala yüksəlməliyik. 

Futbolda bəzən belə olur ki, ardıcıl bir neçə dəfə eyni komanda ilə qarşılaşırsan. “Neftçi” ilə qısa müddətdə 3-cü dəfə oynamağımızın hansı komandanın xeyrinə olacağını demək çətindir. Belə oyunlarda rəqiblər bir-birini daha yaxşı tanıyır. Hətta müəyyən mənada rəqib komandanın necə oynayacağını da öncədən görmək olur. Düşünürəm ki, iki dəfə heç-heçə etdiyimiz “Neftçi” səddini adlayıb, finala çıxmaq üçün daha mütəşəkkil oyun nümayiş etdirməli, komanda şəklində oynamalıyıq”. 

Premyer Liqada 9, kubokda 4 qol vuran yarımmüdafiəçi hər iki turnirdə “Qəbələ”nin ən məhsuldar oyunçusudur. Ümumilikdə 13 qol vuran Aleksey karyerasının da rekordunu yeniləyib. O, 12 qola imza atdığı 2005/2006 mövsümünü də arxada qoysa da, rekordlar və məhsuldarlığı haqda danışmaq istəmədiyini bildirib: “Bombardirlik mənim üçün önəm daşımır. Vurduğum qollar deyil, komandamızın uğuru vacibdir. Qolu kimin vurmasının fərqi yoxdur ki, yarımmüdafiəçilər, yoxsa hücumçu rəqib qapısına yol tapır. Qollarımı saymıram, şəxsi rekordlar da maraqlı deyil. Penaltilərə gəlincə, əvvəlki klublarımda da belə zərbələri yerinə yetirdiyim vaxtlar olub”. 

Ötən mövsümdə də çempionat oyunlarında 4 dəfə fərqlənməyi bacaran Qay 66 oyun keçirdiyi “Qəbələ” karyerasındakı ümumi qol sayını 17-yə çatdırıb. Bununla da Yannik Kamanana çatan Aleksey klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail