"Oyuna nəzarət əlimizdə idi”

03.05.2016 | 3781 dəfə oxunub

"Bizim üçün oyundan üç xalla ayrılmaq lazım idi. Avroliqa yolunda evdə oynadığımız görüşdə yalnız qələbə qazanmalı idik. Başqa nəticə bizi qane etməyəcəkdi. Şükürlər olsun ki, məqsədimizə çatdıq”.
 
Stadium.Az xəbər evrir ki, bu sözləri "Kəpəz"in futbolçusu Junior Martins Osvaldo klubun rəsmi saytına açıqlamasında deyib. 

Braziliyalı futbolçu Topaz Premyer Liqanın 32-ci turunda evdə "Rəvan"la görüşdə qazanılan qələbənin (3:2) komandaya asan başa gəlmədiyini vurğulayıb: "Görüş ərzində səhvlər də buraxdıq. Xüsusən də birinci və ikinci hissənin sonlarında rəqibə oynamaq imkanı yaratdıq. Qonaqlar iki dəfə qapımıza qol da vurdular. Bu da müdafiə xəttində yaranan anlaşılmazlıqdan irəli gəldi. "Rəvan" hesab arasındakı fərqi azaltsa da, biz vacib olan nəticəni qoruya bildik”.
 
Legioner futbolçu fasilədə baş məşqçinin tapşırıqlarının həlledici olduğunu və bunun sayəsində matçdan üç xalla ayrıldıqlarını əlavə edib:

“Oyunun əvvəlindən təşəbbüsü ələ aldıq, hətta rəqib qapısına tezliklə qol da vura bildik. Sonradan vəziyyət dəyişdi. Fasilədə Şahin Diniyev necə oynamalı olduğumuz bildirdi. Beləcə ikinci hissədə görüş sanki yenidən başladı, daha inamlı çıxış edib iki qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Oyuna nəzarət əlimizdə idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail