"Oyundan öncə futbolçularıma demişdim ki, bu matçı nə rəhbərlik, nə turnir cədvəli üçün oynamırıq"

21.05.2016 | 3515 dəfə oxunub

"Sumqayıt" Azərbaycan Premyer Liqasının son turunda doğma meydanda "Neftçi"ni 2:1 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Samir Abbasov oyundan sonra matç barədə belə danışıb: 

- Bu görüşə olduqca ciddi hazırlaşmışdıq. "Neftçi" son turlarda uğurlu seriya yaxalamışdı. Oyundan öncə futbolçularıma demişdim ki, bu matçı nə rəhbərlik, nə turnir cədvəli üçün oynamırıq. Yalnız azarkeşlər üçün oynayırdıq ki, onları sevindirək və gələn mövsüm bizə ümid yaradaq. Sevinirik ki, çempionatı major notda bitirə bildik.

- Hesabda geri olduğunuz vaxt futbolçularınıza nə dediniz?

- Üç oyun idi ki, hesabda geri oldumuz halda, dönüş yaratmağı bacardıq. Bu dəfə də oyunu xilas edə bildik. Komandama da dedim ki, qapını möhkəm çırpmalıyıq. 

- Vaqif Cavadov bu gün xoş təsir bağışladı. Sizcə, son turlar onun ayağının açılması nə ilə əlaqədardır?

- Cavadov bir neçə oyundur ki, xoş təsir bağışlayır. Çıxış etdiyi klublar hamıya məlumdur. Təkcə ona yox, hamıya inanırıq. Təəssüf ki, komandamız gec ayıldı. Vaqif də çempionata bir qədər gec qoşuldu. Amma ona əvvəl də inanırdıq, indi də inanırıq. Karyerası hələ irəlidədir.

- Bir çox epizodlarda hakimliyə etiraz etdiniz...

- Bu, təbiidir. İstər-istəməz reaksiya verməli olursan. Amma obyektiv qiyməti siz - kənardan baxan jurnalistlər verə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail