"Qarabağ" - "Neftçi" oyunundan sonra polislərin ağdamlı azarkeşlərə qarşı zorakılığına niyə göz yumulur? VİDEO
Dünən baş
tutan "Qarabağ" - "Neftçi" oyunundan sonra yaşananlar sanki
bir faciə dramı, döyüş səhnəsi idi. Mətbuat konfransına getməli olduğum halda,
"İmarət" tribunasında yaşananları görüb, üz tutdum o istiqamətə. Polis
bariyerlərin aşıb azarkeşlər
olan yerə çatanda artıq, fanatlar, başqanları “Qarabağ”ın
prezidenti Tahir Gözəlin
çevrəsindəydilər. Hər kəs həyəcan qoparan səs tonunda
danışırdı. Geriyə dönüb, səkidə yerə sərilmiş, göz yaşlarına boğulan o körpəni görüncə hər şey aydın oldu. Bəli,
bəli o körpəni, yalnış oxumadınız, məhz o körpəni. Yaşı 15 dən yuxarı olmayana
başqa nə ad verəsən axı?
Bu 15 yaşlının adını körpə qoydum, amma o
adını körpə qoyduğum, həqiqətdə isə gələcəyin əsgərini, əsil kişisini döyən,
üzdəniraqlara nə ad qoyacağımı bilmədim.
Azyaşlı körpənin, göz yaşlarına boğularaq mənə
verdiyi cavablar həqiqətən ürək ağrıdan səhnə idi. (ətraflı videoda)
Bu məqamda bir qədər uzaqda dayanan kütləyə təcili
yardım maşınının yaxınlaşdığını gördüm. Yaxınlaşdığımda, gördüyüm mənzərə daha
da, acınacaqlı idi.
Yaşı heç 10-u haqlamayan azyaşlını "İmarət
azarkeş qrupu"nun üzvləri çətinliklə təcili tibbi yardım maşınına
mindirdilər. İlkin tibbi yardımdan sonra, həkimlərin qərarı bu oldu, "azyaşlı
uşaq xəstəxanaya aparılmalıdır".
Şahid olduğum 2 xəsarət almış az yaşlının vəziyyəti
bu halda idisə təsəvvur edin, daha əvvəl ağır xəsarət alaraq təcili yardım
maşınları ilə aparılanlar hansı halda olublar?!
Axı səbəb nədir? Bu azarkeşin, bu azyaşlının
döyülmə səbəbi nədir? Klubuna
olan aşırı sevgisimi? Kaş ki, onun futbol klubuna olan sevgisinin zərrəsi qədər
səndə, bu ölkəyə, bu ölkənin vətəndaşına qarşı olaydı,
ay o paltarı geiyinib, əlinə dəyənək alan şərəfsiz!..
Olsaydı, siz bu şərəfsizliyi etməzdiniz. Son qəpiyi
ilə oyuna gələn, şuar hazırlayan, il boyu yağış, qar demədən klubunun yanında
olan bu kişilərin haqlarına az girin, əsəblərini az tarıma çəkin, sevinclərin
göz yaşlarına az bulayın, boğun. Onların bu ah-naləsi çoxda yerdə qalmaz. Hələ
də gec deyil, ayılın, "kişilər", ayılın!..
Ölüm olmadan heç olmazsa ayılın. Sonra çox gec ola bilər. Hansısa xətanız bu kütləni sizə qarşı sel kimi gətirə bilər. O zaman isə siz bu selin, daşqınnın qarşısında tufandan sonra küçələrdə qalan odun, çör-çöp, qırılmış ağacın kiçik budaqları kimi su üzərində gəzirmiş kimi qala bilərsiz... Heç olmasa özünüzə yazığınız gəlsin. Bu alçaq əməllərinizlə insanlarda dövlətə, ölkəyə qarşı kin yaratmayın!
Xanoğlan İmanov
_
__
___ ___ ___
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |