Dodo "Qəbələ"yə maraqlı deyil

27.05.2016 | 4614 dəfə oxunub

"Aleksey Antonovla Sergey Zenyovun komandamızda qalacağı hələ bilinmir. Ümumiyyətlə, bir neçə futbolçumuzun gələcək taleyi ilə bağlı hələ də qeyri-müəyyənlikdir".

Stadium.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

 O, ötən yay "qırmızı-qaralar"a gələn əcnəbi hücumçular Aleksey Antovovla Sergey Zenyovun daha 1 illik müqvailələrinin olduğunu bildirib: "Bu, Vitali Verniduba da aiddir və onun da qalacağı məlum deyil. Polşalı qapıçı David Pietrzkieviçin isə müqaviləsi bitib. Onlarla bağlı qərarı baş məşqçi verəcək".

Əzizovun sözlərinə görə, komandanın braziliyalı kapitanı Luis Paulo Hilario ilə bağlı vəziyyət fərqlidir. Belə ki, Dodo kimi tanınan 29 yaşlı yarımmüdafiəçini saxlamaqla bağlı məsələ gündəmdə deyil:

"Dodonun "Qəbələ" ilə müqaviləsi başa çatıb. Deməzdim ki, hal-hazırda klub onunla yeni müqavilə imzalamaqda maraqlıdır. Belə bir vəziyyət yoxdur ki, Dodonu mütləq saxlamaqda maraqlıyıq. Futbolçu da hələ ki gözləmə mövqeyi tutur. Ona görə bu məsələ ilə bağlı da qeyri-müəyyənlikdir".

Qeyd edək ki, Dodo 2011-ci ilin yayından "Qəbələ"də oynayır. O, ötən mövsüm tez-tez, xüsusilə də çempionatın sonunda zədə səbəbindən yaşıl meydandan kənarda qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail