"Neftçi"nin hazırlıq planı bəlli oldu

29.05.2016 | 3049 dəfə oxunub

Bu gün "Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda klubun futbol akademiyası və əsas komandasının 2015/2016-cı illər mövsümündəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

Mövsümün yekunlarına əsasən "Neftçi” PFK-nın Futbol Akademiyasının fəaliyyəti qənaətbəxş hesab edilib.

Əsas komandanın qarşıya qoyulan məqsədlərə (UEFA Avropa Liqasına və ölkə kubokunun finalına vəsiqə qazanmaq) çatması üçün görülən işlər qənaətbəxş hesab edilib.

İclasda əsas komandanın Avropa Liqasına və yeni mövsümə hazırlıq planı da təsdiqlənib. Hazırlıq planına əsasən "Neftçi”nin əsas komandası iyun ayının 14-15-i tarixlərində Türkiyəyə yola düşəcək. Komandanın hazırlıq keçdiyi tarixlərdə UEFA Avropa Liqasının ilk mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Təlim-məşq toplanışının nə zaman yekunlaşacağına püşkatmanın nəticələrinin bəlli olmasından sonra aydınlıq gələcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail