Daha bir idmançımız dopinqdə yaxalandı

21.06.2016 | 2591 dəfə oxunub

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha bir turnirdə dopinq testdən keçə bilməyən idmançıların siyahısını açıqlayıb.

Stadium.Az xəbər verir ki, 2008-cil Pekin Olimpiadasında çıxış etmiş atletlərdən götürülən analizlərin yenidən müayinəsi zamanı qadağan olunmuş preparatlardan istifadə etdiyi müəyyənləşən idmançıların siyahısında Azərbaycan təmsilçisi İntiqam Zairovun da adı var.

Həmin turnirdə 85 kq çəki dərəcəsində çıxış etmiş Zairov ümumilikdə 361 kq çəkini ram edərək 9-cu olmuşdu. 

Təmsilçimizdən başqa siyahıda Pekin-2008-in daha 6 iştirakçısının – Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) də adı var.

Daha əvvəl ötən ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında İntiqam Zairovun da arasında olduğu dopinq testdən keçə bilməyən millimizin 5 üzvü 2023-cü ilə kimi cəzalandırılmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail