Yeni transferləri "Qəbələ"ni sevindirdi

23.06.2016 | 3612 dəfə oxunub

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirib.

Stadium.Az xəbər verir ki, 4 gün öncə “Dila”nı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib.

Gürcüstan kubokunun finalçısı ilə qarşılaşmada Roman Qriqorçuk aşağıdakı heyətə şans verib: Dmitri Bezotosnı (David Petrkeviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov, Vitali Vernidub (Sadiq Quliyev), Voyislav Stankoviç (Murad Musayev), Rəşad Sadiqov (Roman Hüseynov), Nika Kvekveskiri (Qismət Alıyev), Asif Məmmədov (Tellur Mütəllimov), Filip Ozobiç, Sergey Zenyov (Ehtiram Şahverdiyev), Teo Uiks.

“Qırmızı-qaralar” Gürcüstandakı ilk matçda olduğu kimi, bu qarşılaşmada da 2:0 hesabı ilə qalib gəlib. Oyuna fəal başlayan “Qəbələ” matçın taleyini ilk 15 dəqiqədə həll edib. Hər iki qola yeni transferlər imza atıb. Görüşün 6-cı dəqiqəsində xorvatiyalı Filip Ozobiç Bolnisi təmsilçisinin qapısına yol tapıb. 9 dəqiqə sonra isə liberiyalı Teo Uiks fərqlənib – 2:0.

Xatırladaq ki, “Qəbələ” təlim-məşq toplanışında sonuncu oyununu iyunun 26-da keçirəcək. Qriqorçukun yetirmələri bu dəfə də “Sioni” ilə görüşəcək.

Yoxlama oyunu

22 iyun

“Sioni” - “Qəbələ” – 0:2

Qollar: Filip Ozobiç 6, Teo Uiks 15



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail