Ansi Aqolli ölkə prezidentiylə grüşdü

24.06.2016 | 2989 dəfə oxunub

"Avro-2016"da çıxışını başa vuran Albaniya millisi vətənə qayıdıb. Stadium.Az xəbər verir ki, yığmanın üzvlərini paytaxt Tiranada minlərlə azarkeş və ölkə prezidenti qarşılayıb.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də şərəfərini qoruduğu Albaniya millisi "Avro-2016"nın qrup mərhələsini 3 xalla başa vuraraq turnirlə vidalaşıb. Bununla belə, Avropa çempionatında debütant olmasına baxmayaraq, əzmkar çıxışı ilə diqqət çəkən Albaniya yığması paytaxtda rəğbətlə qarşılanıb.
 
Bu ölkənin Futbol Federasiyası yığmanın bütün üzvlərinə pul mükafatı təqdim edib. Komandanın hər bir oyunçusu və məşqçilər korpusu paytaxtın rəmzi açarına layiq görülüb. Eyni zamanda yeni milli stadionun girişində "Avro-2016"da iştirak edən hər bir futbolçunun adı qeyd olunub. 

A qrupunda mübarizə aparan albanlar ilk görüşdə İsveçrəyə 0:1, ardından Fransaya 0:2 hesabı ilə uduzub. Son olaraq Rumıniyaya 1:0 hesabı ilə qalib gələn Albaniya millisi ən yaxşı 4 qrup üçüncüsü sırasına düşə bilməyib.



 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail