Dani Kintana: “Biz “Düdelanj”la eyni səviyyədə komandayıq” - MÜSAHİBƏ

19.07.2016 | 4760 dəfə oxunub

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Düdelanj”la cavab oyunu üçün Lüksenburqa yola düşən “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Stadium.Az saytına müsahibə verib:

- Hələ ki, cütün qalibi müəyyənləşməyib. Biz sadəcə ilk oyunda qələbə qazanmışıq. Bizi səfərdə güclü rəqib və çətin oyun gözləyir. Biz də bu rəqiblə oyunda güclü olmalıyıq və onları ciddiyə almalıyıq. 

- Son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində oynayan “Qarabağ”a qarşı həqiqətən “Düdelanj”ı layiqli rəqib sayırsan?

- Biz nəinki Avropa Liqasında, hətta ölkə çempionatında a bütün rəqiblərimizi hər oyunda çox ciddiyə alırıq. Bu barədə baş məşqçimiz həmişə bizə xəbərdarlıqlarını edir. Biz hər rəqibi ciddiyə almasaq oyunumuz da alınmaz.

- “Düdelanj”ın qapıçısı bildirib ki, “Qarabağ” sıradan bir komandadır. Elə “Düdelanj” səviyyəsində. Bununla razısan?

- Onun sözləriylə razıyam, ümumi olaraq. Bu oyunda başa-baş mübarizə aparacağıq və yqz faizlik nəticə qazanmağa çalışacağıq.

- "Viktoriya" haqda düşünürsüz? 

- Yox, tam səmimi deyim ki, "Viktoriya"  haqda düşünmürük. Hələ bu rəqiblə işimizi həll edək, sonra növbəti rəqib barədə düşünəcəyik.

- “Düdelanj”la cavab oyununda qələbə ümün oynayacaqsız, yoxsa turu keçməyə?

- Biz ancaq qələbə qazanmaq üçün oynayacağıq. Bütün oyunlarda da meydana bunun üçün çıxırıq.

- Öz durumun necədi?

- Hələ mövsümün əvvəlidi. Bir oyunla formaya düşmək olmaz. Ötən mövsüm yaxşı formada olduğum zamanlardakı kimi oynamaq üçün əlimdən gələni edirəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail