Vüqar Nadirov: "... meydana qələbə qazanmaq üçün çıxacağıq" - MÜSAHİBƏ

19.07.2016 | 3811 dəfə oxunub

"Qarabağ"ın yeni transferi, komandaya yenidən dönən Vüqar Nadirovun Stadium.Az saytına müsahibəsini təqdim edirik:

- Yenidən “Qarabağ”dasan və son dönüşündən sonra ilk səfərin Lüksemburqadır...

- Öz evimə dönmüşəm. Bu bir müddət ərzində bir neçə klubda oynadım. Ancaq o komandaların heç birində özümü rahat hiss etmədim. İndi çox rahatam, çünki öz evimdəyəm.

- “Qarabağ”a dönüşünü nə şərtləndirdi? Çünki komandadan ayrılanda sanki narazı getmişdin...

- Heç kimdən incik deyildim. Nə rəhbərliklə, nə də baş məşqçimiz Qurban müəllimlə aramızda problem olmamışdı. “Qarabağ”dan ayrılanda hər kəslə halallaşıb, sağollaşmışdım. İndi də çox mehriban qarşılandım.

- Bu dəfə “Qarabağ”a dönməyini klub istədi, yoxsa özün?

- Hər iki tərəf bunu istədi, məndə razılaşdım. Çünki mənə bu komandadan doğma olacaq başqa klub yoxdur. Söhbətimiz oldu, mən də razılaşdım.

- Yenidən özünü “Qarabağ” əsas futbolçularından biri olaraq görürsən?

- Bunu demək bir qədər tez olar. Ancaq əlimdən nə gəlirsə edəcəm ki, əsas futbolçulardan biri olum və komandaya xeyir verim. Bu da san bir iş deyil. Ancaq var gücümlə bunun üçün çalışacam.

- “Düdelanj”la səfər oyunu barədə nə düşünürsən?

- Bakıdakı ilk oyuna baxmışam. Rəqib yaxşı komandadır. Məncə doğma meydanlarında da tam başqa cür oynayacaq. Biz 2:0 hesablı qələbəyə aldanmalı deyilik. Ccavab oyununa çıxanda 0:0 hesabını düşünüb meydana çıxmalıyıq.

- Bu oyunda qələbəyə oynayacaqsız, yoxsa turu keçməyə?

- “Qarabağ” bütün oyunlarda meydana ancaq qələbə qazanmaq üçün çıxır. Bu oyunda da ehtiyatı əlldən verməmək şərtiylə meydana qələbə qazanmaq üçün çıxacağıq.

- “Viktoriya” haqda düşünürsüz?

- İndi bütün diqqətimiz bu oyuna yönəlib. “Düdelanj”ı keçdikdən sonra III turdakı rəqib barədə də düşünəcəyik.

- “Qarabağ”a dönüşün səni yenidən milli komandaya qaytaracaq?

- Təbii ki, İnşAllah milliyə dönmək istəyirəm. Bunun üçün də əvvəlcə burda yaxşı çıxış etməliyəm ki, milliyə də dəvət alım. Məncə millidə oynamaq üçün yaxşı şansım olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail