Qurban Qurbanov: “Düdelanj” bizdən çəkinmir" - MÜSAHİBƏ

19.07.2016 | 5107 dəfə oxunub

Sabah UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə Lüksemburqun  “Düdelanj” klubuyla üz-üzə gələcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda Stadium.Az saytına müsahibə verib:

- “Düdelanj”la cavab oyununa hazırlaşmaq üçün bir neçə gün vaxtımız oldu. Komandada hər şey öz qaydasındadır. Bacardığımız qədər çalışdıq ki, komandanı normal bir səviyyəyə gətirək. Buna baxmayaraq, komanda optimal formasından hələ uzaqdır. Çalışırıq ki, yavaş-yavaş bu çatışmazlıqları aradan qaldıraq. Ancaq ümumi olaraq hazırlığı pis hesab etmək olmaz.

- “Düdelanj”la ilk oyununun ikinci hissəsində komanda qol vurmaqda, rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkdi. Bu barədə hansısa tədbirlər görmüsüz?

- Niz qol vurmaq istəyirdik, sadəcə rəqib buna imkan vermədi. Çünki onlar ikinci hissədə oyun planlarını dəyişdilər. Biz də 90 dəqiqə eyni tempdə oynaya bilmərik. Həm də komanda hələ fiziki baxımdan əla vəziyyətdə deyil. Bu da oyunlar keçdikcə düzələcək. 

- Rahid Əmirquliyevi əsas heyətdə görmək olar?

- Əsas heyəti planlamamışam hələ. Rahidə də hələ vaxt lazımdı. Ağır zədədən sonra formaya düşmək üçün vaxt lazımdı. Bizdə bunun üçün ona şans yaradacağıq.

- Reynaldonun son durumu necədir?

- Normaldır. Reynaldo əsas heyətdə oynaya bilər. Yəni indi hansısa riskqdən söhbət getmir. Tam olaraq oynaya biləcək gücdədi.

- “Düdelanj”ın qapıçısı bildirib ki, “Qarabağ” onlar səviyyəsində bir komandadır. Siz bununla razısız?

- Normal qarşılayıram. Bu da bir daha göstərir ki, bizdən çəkinmirlər, öz güclərini bizdən az hesab etmirlər. Düşünürəm ki, bu, belə də olmalıdır. Belə olmasa futbolçuları motivasiya edə bilməzlər. Bizim üçün də bu oyun asan olmayacaq. Çox ağır oyun bizi gözləyir.

- “Viktoriya” haqda artıq indidən məlumat toplamağa başlamısız?

- Xeyir. Bütün diqqətimiz indi “Düdelanj”la oyuna yönəlib. Bu turu keçdikdən sonra III tur haqda məlumat toplamağa xeyli vaxtımız olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail