"Qəbələ"nin 72 yaşlı rəqibi

22.07.2016 | 4140 dəfə oxunub

Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubunu hər iki oyunda məğlub edən "Qəbələ"nin növbəti rəqibi Fransa təmsilçisi "Lille" olacaq.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, iyulun 28-də səfərdə oynayacaq "qırmızı-qaralar" avqustun 4-də rəqibini Bakıda qəbul edəcək. Lillin eyniadlı klubu komandanın avrokuboklarda qarşılaşacağı ikinci "Böyük beşlik" təmsilçisidir. "Qəbələ" ötən mövsüm qrup mərhələsində Almaniya "Borussiya"sı (Dortmund) ilə də üz-üzə gəlmişdi.

1944-cü ildə yaradılan “Lille”in əsası iki klubun – “Olimpik Lill” və “Fiv İK”in birləşməsi sayəsində qoyulub. Elə klub tarixinin ən parlaq illəri də ötən əsrin ortalarına təsadüf edib. 1945/1946 və 1953/1954 mövsümlərində Fransa çempionu titulunu qazanan “Lill” iki zəfər arasında olan dövrdə 4 dəfə gümüş medallara yiyələnib. Həmin illərdə 7 dəfə ölkə kubokunun finalına yüksələn komanda 5 dəfə yarışın qalibi olub. Uğurlu startın ardından eniş dövrü yaşayan klub liqalar arasında var-gəl edib. Bu müddətdə 4 dəfə yüksək dəstəyə qayıtmalı olan Lill təmsilçisi 2000-ci ildə sonuncu dəfə aşağı dəstənin çempionu olub.

XXI əsrdə kifayət qədər uğuru olan komanda avrokuboklarda yalnız 2001-ci ildə debüt edib. Daxili arenada isə 57 illik çempionluq həsrəti 2010/2011 mövsümündə 3-cü qızılın qazanılması ilə başa çatıb. 2004/2005 mövsümündə gümüş, 2005/2006 mövsümündə bürünc mükafata yiyələnən rəqibimiz çempion olduğu 2011-ci ildə ölkə kubokuna da yiyələnib. 56 ildən sonra qazanılan uğur sayca 6-cı olub.

Avrokuboklardakı debüt mövsümündə UEFA Çempionlar Liqasında çıxış edən “Lille” 6 dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. Bunların 5-də qrupda oynayan komanda 2006/2007 mövsümündə 1/8 finaladək irəliləyib. UEFA Avropa Liqasında da 4 dəfə 1/8 finala yüksələn fransalılar avrokuboklarda 102 matç keçirib, bunların 39-da qələbə qazanıb, 35-da heç-heçə edib və 28 dəfə uduzub. Ötən mövsüm qitəmiqyaslı turnirlərdə oynamayan “Lill” Fransa çempionatını 5-ci pillədə başa vurub. 

Bu da komandaya Avropa Liqasında oynamaq imkanı verib. Frederik Antonettinin komandası 3-cü pillədən 5 xal geri qalıb.

"Lill"in ev oyunlarını keçirdiyi 50 min 186 tamaşaçı tutumuna malik "Stad Pyer Morua" yeni başa çatan Avropa çempionatının qarşılaşmalarını da qəbul edib. "Lill"in stadionu ilə yanaşı, 29 yaşlı hücumçusu Eder də yarışın iştirakçısı olub. Portuqaliya millisinin üzvü yığması ilə birlikdə qitə çempionluğu yaşayıb. O, Fransa ilə final matçının əlavə vaxtında həlledici qolun müəllifidir.

"Lill" UEFA Avropa Liqasında mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail