Adil Şükürov: "Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq" - MÜSAHİBƏ

24.07.2016 | 4571 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Adil Şükürov komandasınım təlim məşq toplanışının gedişi ilə bağlı  klubun saytına müsahibə verib: 

- Komanda hazırlığa Bakıda başladı. Toplanışın ilkin mərhələsini necə dəyərləndirərdiz?

- Bakıdakı hazırlıq zamanı əsas məqsəd komandanın ümumi dözümlülüyünü artırmaq idi. Bu mərhələni zədəsiz başa vurmaq da çox vacibdir. Sevindirici məqam ondan ibarətdir ki, əsas işimizi görməklə yanaşı, həmin mərhələdə zədələr də olmadı. Bu gün də görürük ki, uzun fasilədən sonra komandanın ümumi dözümlülüyü normal səviyyədədir. 

- Komandada bir çox dəyişiklik oldu. Əsasən də legionerlərlə bağlı vəziyyət belədir. Ötən ilki heyətlə müqayisə edəndə hansı nəticəyə gəlmək olar?

- Elə də böyük dəyişiklik olmayıb. Yalnız legionerlərdə fərqlər var. Ötən mövsüm daha çox tanıdığımız əcnəbilərə üstünlük vermişdik. Bu dəfə isə vəziyyət fərqlidir. Təkcə Yovan Krneta ötən mövsüm də bizimlə olub. Digər legionerlərə gəlincə, əvvəlkilərdən ustalıq səviyyələrinə görə qismən də olsa, üstündülər. İşə yanaşmaları yaxşıdı və bu günə qədər özlərini əsl peşəkar kimi göstəriblər.

- Adil müəllim, komandanın Türkiyə toplanışı daha öncə gerçəkləşməli idi. Ancaq məlum hadisələr üzündən hətta ləğvi haqda qərar verilmişdi. Yenidən Bolu toplanışının gündəmə gəlməsi və komandanın bura üz tutması fikri nədən qaynaqlandı?

- Türkiyədə baş verən hadisələr bizi üzdü və təbii ki, təhlükəsizlik baxımından həmin vaxt bura gəlməyimiz düz olmazdı. Amma sevindiricidir ki, qardaş ölkədə tezliklə hər şey qaydasına düşdü. Biz də xüsusilə, yoxlama oyunları üçün yaxşı rəqib seçimi baxımından Boluya gəlmək qərarı verdik. Klublarımızın bir neçəsi ölkə xaricində təlim-məşq toplanışındadır. Avropa kuboklarında çıxış edənlər də var. Bu üzdən ölkə daxilində rəqib tapmaq çətin idi.

-Bir neçə gündür, Bolu toplanışı davam edir. Hazırlıq necə gedir və ümumiyyətlə, bu günlər ərzində istədiyinizi ala bilmisizmi?

-Bu haqda məşqçilər heyəti ilə danışanda, görürük ki, biz istədiyimiz bəzi şeyləri komandadan ala bilirik. Komanda tam hazır olmasa da, buna doğru gedir. Təbii ki, həll olunması vacib bir çox problem var, amma tədricən buna nail olacağıq.

-İyulun 25-də yoxlama oyunu keçirəcəyik. Bu oyun heyətin müəyyənləşməsi və oyun üslubunun aşılanması baxımından ilkin fikir yarada bilərmi?

-Bakıda üç yoxlama oyunu keçirdik və bu qarşılaşmalarda da futbolçuların yavaş-yavaş oyun üslubunu qavradığını gördük. Ümid edirəm, bu qarşılaşmada əvəzecilərimizlə oyundakından daha yaxşı komanda görəcəyik.

-Bildirmişdiz ki, heyətdə yeniliklər olacaq. Bu yeniliklər nədən ibarət ola bilər və hazırda yeni futbolçuların transferi ilə bağlı dəyişiklik varmı?

- Hazırda bir neçə futbolçu ilə danışıqlar aparırıq. Dəqiqləşən kimi bu haqda açıqlama veriləcək. Hücum və yarımmüdafiəni gücləndirməyi düşünürük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail