Rio-2016: Taekvandoçularımızın ümidi bürüncə qaldı - YENİLƏNİB

20.08.2016 | 4386 dəfə oxunub

Rio-2016 Yay Olimpiya oyunlarında bu gün taekvondoçumuz mübarizəyə qoşulub. 

Kişilər, 80 kq

80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. Rəqibinə 13:6 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələcək.

***

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Artıq bu mərhələdəki rəqib də bəllidir. Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparacaq. 

***

Milad finala çıxmaq üçün böyük britaniyalı Lutalo Muhammed ilə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüş təmislçimizin məğlubiyyəti ilə yekunlaşıb - 12:7.


Milad Beiqi Harçeqani bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.

***

Onun rəqibi polşalı Pyotr Pazinski olub. Döyüşə fəal başlayan Milad başdan sona üstün olduğu görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirərək bürünc medal qazanıb.



Qadınlar, 67 kq

Qadınların yarışında ölkəmizi təmsil edən  Fəridə Əzizova (67 kq) 1/8 finalda amerikalı Peyc Makferson ilə qarşılaşacaq. Fəridə bu döyüşdə böyük əzmkarlıq göstərərək rəqibinə 6:5 hesabıyla qalib gəlib. 

Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşacaq.

***

Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb. Hətta ilk xalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

***

Yarımfinalda məğlub olan Fəridə bürünc üçün döyüşəcək.

***

Təmsilçimiz bürünc medal uğrunda çıxışını davam etdirib. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail