Olimpiya oyunlarının ən çox səs-küy yaradan seks qalmaqalları - FOTOLAR

19.08.2016 | 9778 dəfə oxunub

İnsanlığın vazkeçmədiyi və əsla vazkeçməyəcəyi alışqanlıqlarından biri seks hesab olunur. İnsanların çoxu, hətta lap çoxu harda olursa-olsun daim ağlından sekslə məşğul olmaq keçir. 

Daim beynində bunu düşünən insanların Olimpiya Oyunları zamanı bu alışqanlığı unutmasını gözləmək sadəlöhvlük olar. Bu günə qədər olimpiadalarda sekslə bağlı qalmaqallı etirafların dəfələrlə şahidi olmuşuq. 

"Hər gün 3 qadınla..."


Amerikalı atlet Breaux Qreer "Sidney-2000"də hər gün 3 qadınla sekslə məşğul olduğunu deyir. Hətta bunlardan ikisi olimpida idmançısı olub. Bunlardan biri uzunluğatullama, digəri qaçış yarışçısı imiş. Üçüncü qadının skandiaviyalı bir könüllü olduğunu deyən Qreerin olimpiada performansı necə idi? Təsnifat mərhələsində dizindən zədəaldığı üçün mübarizəni dayandırmalı olmuşdu.

Mümkün olan hər yerdə seks


ABŞ-ın qadın futbolçulardan ibarət millisinin qapçısı Hope Solo da seks etirafı ilə gündəmə gəlib. O, "Pekin-2008"də insanların mümkün olan hər yerdə sekslə məşğul olduğunu etiraf edib. Xüsusən də açıq havada, binaların arasında və qazonların üstündə. Braziliyanı yenərək qızıl medalları qazandıqları matçdan sonra çılğın bir əyləncə məclisi hazırladıqlarını bildirən qolkiper "Əvvəl barda idik, sonra bir neçə məşhurla tanış olduq və gecəyə olimpiya kəndində davam etməyə qərar verdik. Yanımızda akkredisiya kartı belə yox idi. Qapıdakı mühafizəçiyə qızıl medallarımızı göstərdik və həmin məşhurları olimpiya kəndinə saldıq. Gecənin sonunda isə aralarından birini otağıma apardım və sonra arxa qapıdan gizlicə çıxmasını təmin etdim. Adını soruşmayın, çünki bu mənim olimpiya sirrimdi.

"Atletlərin 70-75 faizi olimpiya kəndində sekslə məşğul olur"


Amerikalı üzgüçü Rayan Loçtenin "London-2012"dən əvvəl verdiyi bu açıqlama yaddaşlarda qalıb: "Ötən olimpiadada bir sevgilim var idi vəbu həqiqətən böyük səhv idi. İndi sevgilim yoxdu və London çox gözəl yerdi. Səbirsizliklə ora getməyi gözləyirəm". Bununla kifayətlənməyən Loçte atletlerin 70-75 faizinin olimpiya kəndində sekslə məşğul olduğunu etiraf etmişdi.

Qrup seks qalmaqalı


2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiya Oyunları isə bir qrup seksə şahidlik etmişdi. Almaniya, Kanada və Avstriyadan olan 9 icmançı cakuzinin içərisində sevişiblər. Gecə yarısına qədər davam edən qrup seks qalmaqala səbəb olmuşdu.

"Olimpiada deyil, seks festivalı idi"


Britaniyalı keçmiş stolüstü tennisçi Mattey Syed bildirmişdi ki, "Barselona-1992" olimpiadadan daha çox seks festivalına bənzəyirmiş. Hətta Mattey Syed 2,5 həftə ərzində həyatının qalan hissəsində olmayacağı qədər qadınla birlikdə olduğunu etiraf etmişdi.

İlk "olimpiya fahişəxanası"...


Amerikalı idmançı Coş Lakato olimpiada zamanı Sidneydə qaldığı evin fahişəxanaya çevrildiyini bildirmişdi. Onun sözlərinə görə, evdə o qədər sekslə məşğul olunub ki, özünü fahişəxana işçisi kimi hiss edirmiş. 

Seks üçün bir neçə km-lik yol


Amerikalı üzgüçü Amanda Beard isə idmançıların olimpiada zamanı sekslə məşğul olmaq üçün yer axtarmasından danışır: "Bəzən idmançılar boş bir yer tapıb sevişmək üçün kilometrlərlə yol gedirdi".

Burada sekslə məşğul olmaq qadağandır!


"Seul-1988"dən vəziyyət o qədər nəzarətdən çıxıb ki, olimpiya kəndinin rəsmiləri açıq havada sekslə məşğul olmağı qadağan edib.

Qızıl medala qarşılıq seks


Norveçin Lillehammer şəhərində keçirilən 1994-cü il Qış Olimpiya Oyunlarında 2 alman idmançı amerikalı Karri Şeynberqə qızıl medallarına qarşılıq qrup sekslə məşğul olmağı təklif edib. Ancaq özü də qızıl medal qazanan Karri təklifi qəbul etməyib.

450 min prezervativ


"Rio-2016"da olimpiya kəndində idmançılara 450 min prezervativ paylanıb. Bu isə hər idmançıya 42 prezervativ deməkdi. Rioda daha bir ilk yaşanıb. Belə ki, əvvəlki olimpiadalarda sadəcə kişi prezervativləri paylanırdı. Bu dəfə isə həm də qadın prezervativləri paylanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail