Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu

22.08.2016 | 3681 dəfə oxunub

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları başa çatıb. Goal.az xəbər verir ki, yarışların son üç günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.
Tam heyətlə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanaraq Olimpiadalar tarixində bir ilkə imza atıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıb.

Qeyd edək ki, qazanılan medalların sayına görə yığmamız bütün komandaları qabaqlayıb. 6 nəfərlə təmsil olunan komandalardan heç biri 5 medal qazana bilməyib. Belə ki, Rio Olimpiadasında Azərbaycanla yanaşı, Rusiya, İran, Monqolustan, Gürcüstan, Türkiyə və ABŞ sərbəst güləş komandaları da tam heyətlə iştirak edib. Türkiyə, Rusiya və İran 3, ABŞ və Gürcüstan 2 medal qazana bildiyi halda, Monqolustan sərbəst güləş yığması Olimpiadanı medalsız tərk edib. 
Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında da sərbəst güləş yığmamız birinci yeri tutub. Komanda hesabında 42 xal toplayan yığmamız, İran (35 xal), ABŞ (32 xal) və Rusiyadan (31 xal) öndə qərarlaşıb.  

Bu nəticə ilə sərbəst güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 11-ə çatdırıb. Bunlardan 3-ü qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail