"Qəbələ" 6 ildən sonra

25.09.2016 | 3904 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün startdakı 5 oyununda qol buraxmayan yeganə komandadır.

Stadium.Az xəbər verir ki, III turdan təxirə salınan “Sumqayıt”la oyununda 2:0 hesabı ilə qələbə qazanan “qırmızı-qaralar” son 6 mövsümdə belə starta imza atan ilk klub olub.

Belə ki, ölkə çempionatları tarixində startdakı 5 matçda qol buraxmayan sonuncu komandaya 2010/11 mövsümündə təsadüf olunmuşdu. 6 il əvvəl bunu gerçəkləşdirən “Xəzər Lənkəran” idi. Ümumiyyətlə, “Qəbələ” ölkə çempionatlarının 24 illik tarixində 6-cı belə seriyanın müəllifi oldu ki, ilk 5 matçda qol buraxılmasın. Bunu ilk reallaşdıran “İnşaatçı” olubsa, “Xəzər Lənkəran” 2 dəfə bacaran yeganə komandadır. Lakin “Qəbələ” qol buraxmadan start götürən komandalar arasında ən məhsuldarı olub – 15 top.


1993/94. “İnşaatçı” B – 2 qələbə, 3 heç-heçə, top fərqi - 2:0

1995/96. “Xəzri” – 5 qələbə, top fərqi – 7:0

1998/99. “Dinamo” – 4 qələbə, 1 heç-heçə - 8:0

2007/08. “Xəzər Lənkəran” – 5 qələbə, top fərqi - 12:0

2010/11. “Xəzər Lənkəran” – 4 qələbə, 1 heç-heçə, top fərqi - 7:0

2016/17. “Qəbələ” – 4 qələbə, 1 heç-heçə, top fərqi – 15:0

Xatırladaq ki, ötən mövsümün son iki oyununda da qol buraxmayan “Qəbələ”nin seriyası ümumilikdə 7 matçı əhatə edir. Komandanın qapıçısı Dmitri Bezotosnı isə 688 dəqiqəlik “quru” seriya ilə “660” səddini adlayan qolkiperlərdən təşkil olunan İFFHS-in cədvəlinə layıq nəticə göstərib.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail