Qurban Qurbanov: "Mən bunu qazanc hesab edirəm" - MÜSAHİBƏ

25.09.2016 | 3786 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunun oyununda “Qarabağ” səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı mübarizəli oyun oldu. Baxmayaraq ki, baxımlı futbol oynamağa imkan olmadı. Çünki stadionun durumu istədiyimiz futbolu sərgiləməyə mane olurdu. Futbolçularımdan razı qaldım. Gəncə səfəri həmişə ən ağır səfərlərindən biri olur. Bu gün belə azarkeş qarşısında oynadıq. Məğlub da ola bilərdik. Baxmayaraq ki, qalib də gələ bilərdik.

Xalımızın üstünə xal gəlirsə, mən bunu qazanc hesab edirəm. Çətin səfər idi. Bu xal bizim üçün mövsümün sonunda çox uğurlu ola bilər.

- Belə stadionlar futbolçuların zədələnməsinə səbəb olur. Nə yaxşı bu oyunda ehtiyatlı davranmadız?

- Əvvəlki oyunlarda istirahət vermişdik. Stadionun bu qədər bərbad olacağını güman etmirdim. Adətən bu fəsildə stadion yaxşı olur. Ancaq dünənki bərk yağış stadionun durumun pis vəziyyətə salıb.

- Arif Daşdəmirovun oyunundan razı qaldızmı?

- Razı qaldım. Hər şey normal idi. Bu meydançada səhvlər qaçılmaz idi. Çox futbolçularda səhv oldu. Əsasən ilk hissədə çox qayda pozduq. Rəqib doğma meydanda oynayırdı və topla yaxşı davranırdılar, fiziki gücləri də çoxdur.

- “Fiorentina” səfərindən nə gözləyirsiz?

- Çalışacağıq ki, xal qazanaq. Səfərdən sərfəli nəticəylə dönməyə çalışacağıq.

- Dino Ndilovunun oyunundan razısız?

- Bəli, razıyam. O, komandaya uyğunlaşmağa çalışır. Qol da vura bilərdi. Hücumçuya xas xüsusiyyətlər var onda.

- Milli komanda oktyabrın 3-də toplaşır. “Qarabağ”ın isə2-si oyunu var. Futbolçuların istirahətiylə bağlı millinin baş məşqçisi Prosineçkiylə söhbətiniz olacaq?


- Xeyir, olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail