Qurban Qurbanov: "Çox vacib qələbə qazandıq" - MÜSAHİBƏ

21.10.2016 | 3260 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PAOK-la oyundan sonra (2:0) keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox vacib qələbə qazandıq. “Fiorentina” məğlubiyyətindən sonra üzərimizdə stress çox idi. Futbolçular sonadək mübarizə apardılar. Hər birindən razı qaldım. Yaxşı komandaya qarşı oynadıq. Uzun zamandır PAOK məğlub olmurdu. Bizim üçün vacib olan onların statistikası yox, qələbə qazanmaq idi, bunu da bacardıq. Cavab oyunundan çox şey asılı olacaq. Yaxşı hazırlaşmalıyıq. Azərkeşlərimizə də təşəkkür edirəm. Bizə yaxşı dəstək oldular.  “Qəbələ”yə də uğurlar arzu edirəm. Tez buraxsaz, gedib onların oyununa baxacam. 

- İkinci hissədə “Qarabağ”ın oyunu daha yaxşı alındı. Fasilədə hansı tapşırıqları verdiz?

- Hansı tapşırığı verdiyimi deyə bilmərəm. Bəzi dəyişikliklər etdik. İlk hissədə rəqib futbolçular bizim oyunçulara qarşı çox sıx oynayırdılar. Buna görə oyunumuz istədiyimiz kimi alınmırdı. Əvvəlcədən tapşırmışdım ki, səhvlərimiz az olsun. PAOK səhvlərdən rəqabətlə istifadə edən komandadır. Futbolçuların səhvləri olsa da, sonradan bunları aradan qaldıra bildilər.

- Gözlədiyiniz PAOK-u görə bildiz?

- Bunu daha əvvəl deməmişdim. Mən 5 gün əvvəl PAOK-un oyununu Yunanıstanda canlı izləmişdim. Çox yaxşı komanda olduqlarını bilirdim. Rəqibi yaxşı analiz etmişdik.

- Ehtiyat oyunçular skamyasında mərkəz müdafiəçisi yox idi. Bu riskli deyildi?

- Hər zaman istəyirik ki, heyətimiz geniş olsun. Əgər lazım olsa idi, Maksimi o mövqedə oynada bilərdim. Qara Qarayev də bəzi matçlarda mərkəz müdafiəçisi kimi oynayıb. Çox şükür ki, belə bir vəziyyət yaranmadı və buna ehtiyac olmadı.

- Reynaldo zədəli olmasaydı, Ndlovunu ehtiyatda saxlayacaqdız?

- Bu elə oyundur ki, kim daha yaxşı hazırdırsa, onu da meydana buraxacaqdım. Dino öz üzərində çox çalışır. Bu gün əsas heyətdə oynamağa layiqdir.

- Sizin  Yunanıstana gəlməyiniz bizə təəccüblü gəldi. Bəs PAOK rəhbərliyinin xəbəri var idi?

- Bəli, rəhbərliyin xəbəri var idi. Yaxşı qarşılamışdılar. Onlara da təşəkkür edirəm.

- Sizə elə gəlmir ki, Mahir Mədətov böyük oyunlar üçün hələ hazır deyil?

- Bilmirəm kənardan necə görünür, amma mən Mahirdən tam razı qaldım. Bu gün hücumda bizə çox kömək oldu, oyunun sürətini artıra bildi. Düzdü, demirəm ki, Mahirdə hər şey idealdı, amma üzərində çalışır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail