Qurban Qurbanov: "Mənim komandamda belə şey ola bilməz"

29.11.2016 | 4254 dəfə oxunub

"Maraqlı oyun oldu. Bizim üçün çox vacib matç idi. Komandamı təbrik edirəm. "Qəbələ" ilə həmişə yaxşı münasibətimiz olub. Onlara uğurlar arzu edirəm".

Stadium.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 13-cü turunda "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Şahruddin Məhəmmədəliyev etdiyi qeyri-etik jestlərə görə cəzalanacaq?

- Onun jestlərini görməmişəm. Əgər olubsa, mütləq cəzalanacaq. Mənim komandamda belə bir şey ola bilməz.

- Qriqorçuk hakimlikdən narazıdır. Bəs, siz hakimlikdən razı qaldınız?

- Mən heç vaxt hakim haqda danışmıram. Belə oyunları idarə etmək asan deyil. Konkret epizodları soruşsanız, fikrimi deyərəm.

- Rəqib komanda cərimə zərbəsini yerinə yetirəndə düşünürdüz ki, hakim oyunu bitirəcək?

- Həmin an mən istəyərdim ki, oyun bitsin. 10 nəfərlə qalmışdıq. Top oyunda olduğuna görə hakim oyunu bitirmədi.

- Riçard Almeyda qırmızı vərəqə aldıqdan sonra meydandan çıxmamışdı. Qol sevincini bölüşərkən onu orda gördükdə təəccüblənmədiz?

- Orda ara qarışmışdı. Mən heç kəsə fikir vermədim.

- Buraxdığınız qolda kimin səhvi var idi?

-  Şehiçlə Elvin bir-birlərinə arxayın oldular. 

- Yaş limitinin təsiri var?

- Bu, tək bizdə yox, bütün komandalarda hiss olunur. Rəqibə görə bu dəyişir. Elə oyun olur ki, Coşqun Diniyevi oyuna buraxıram, elə vaxt olur ki, Namiq Ələsgərovu. Bu gün də Mahirə şans vermişdim.

- Oyun istədiyiniz kimi alındı?

- İlk hissəyə istədiyimiz kimi başladıq. İkinci hissədə “Qəbələ” təzyiqi artırdı. Bir səhvdən qol buraxdıq. Ümumi 90 dəqiqəni götürsək, oyunumuzun alındığını düşünürəm.

- Mətbuat konfransına gələndə qəzəbli idiz. İndi isə gülürsüz. Səbəbi nədir?

- Mənim mimikalarıma niyə fikir verirsiz? (gülür) Sizin suallarınızdan sonra mimikam dəyişdi.

- Arif Daşdəmirovun oynamamağı “Slovan”la görüşdəki səhvləri ilə bağlıdır?

- Həmin oyunda müdafiəçilər hamısı səhvlər etmişdi. Əgər o oyundakı səhvləri nəzərə alsaydım, bütün müdafiəçiləri dəyişərdim.

- Qara Qarayevin ehtiyatda olmasının səbəbi nə idi?

- Konkret bir səbəb yoxdur. Bu gün belə etdik. Növbəti oyunlarda Qara meydanda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail