Kamran Ağayev karyerasını bitirir?

01.12.2016 | 4802 dəfə oxunub

Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin zədəsindən danışıb.

Stadium.Az xəbər verir ki, açıqlama verən təcrübəli qolkiper ciddi problem olduğunu desə də, tezliklə meydana qayıtmaq istədiyini bildirib:

“Məşqdə zədələndim. Özü də sağlam olan sağ ayağımdan xəsarət aldım. Bu qismətdir. Həmişə gəlib pik nöqtəyə çatanda zədə alıram. “Qəbələ”də, “İnter”də, “Kayserispor”da da belə oldu. Dəfələrlə əməliyyat olundum. Bu zədələrin əlindən bezmişəm. Ümid edirəm ki, tezliklə sağalacam. Düzdür, ayağımın durumu pis gündədir. Hazırda ayağımın dərisi qapqaradır. Həkimlər minumum 2 ay desə də, mən özümə güvənirəm. İnanıram ki, tez qayıdacam. Çünki futbol oynamaq istəyirəm. Mən burda xalqımı təmsil edirəm və onları ancaq sevindirəcəm. İstəmirəm ki, azarkeşlər mənə görə üzülsünlər”.

Zədələnməyinə əsəbiləşən millimizin qapıçısı ya 10 günə meydana dönəcəyini, ya da karyerasını bitirəcəyini sözlərinə əlavə edib: “Futbolda belə bir şey var ki, futbolçunun ilk həkimi özüdür. Mən ya 10 günə meydana qayıdacam, ya da karyeramı bitirəcəm. Xəstəxanada yatmaqdan bezmişəm. Nə qədər olar zədələr? Artıq həkimlər də məni tanıyırlar. Görəndə deyirlər ki, sən yenə gəlmisən? Futbolu buraxmaq istəmirəm. Daim komandamın yanında olmalıyam. Beş gün sonra MRT olacam. Ondan sonra 5 gün müalicə və test...

Dəqiq cavablar bilinəcək. Amma mən 10 gün sonra çıxıb oynayacam. Düzdür, qayıdıb zədələnsəm, daha ciddi problem olacaq. Lakin özümü qoruyacam. Məni sevənlərə də deyirəm ki, tezliklə meydanda gözləsinlər”.

(Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail