Tuyqun Nadirov: "2011-ci ildən başlayaraq “ Xəzər Lənkəran”ın idarə olunmasına müdaxilələr olunub" - MÜSAHİBƏ

05.12.2016 | 6402 dəfə oxunub

Son zamanlar ölkəmizlə yanaşı qardaş Türkiyə mediasında da “ Palmali” Şirkətlər Qrupu haqqında müxtəlif informasiyalar yer aldı. Stadium.Az xəbər verir ki, şirkətin vaxtilə baş direktoru vəzifəsindən qovulan Alaatdin Aykaç barədə səslənən ittihamlar fonunda yeganə sevindirici informasiya azərbaycanlı iş adamı Mübariz Mənsimovun qurucusu və rəhbəri olduğu şirkətin tanınmış “ Clarksons” analitik şirkətinin ən böyük daşımaçılıq şirkətləri sıralamasında ilk 10-a düşməsi idi.

Digər tərəfdən “ Xəzər Lənkəran “ futbol klubunun premyer liqadan geri çəkilməsi Azərbaycan futbolu üçün çox ciddi itki idi. “ Ağ-yaşıl”ların futbol ictimaiyyəti ilə yanaşı hətta əzəli rəqibləri belə intizarını çəkməkdədir. Uzun sözü qısası, sualları bol olan müsahibəyə ehtiyac vardı və bir neçə cəhddən sonra “Palmali “ Şirkətinin Regional ofis rəhbərinin 1-ci müavini Tuyqun Nadirovla görüşə bildik. Yeri gəlmişkən, “ Palmali”nin məhz bu gün açılışını etdiyini İçərişəhərdəki yeni təmirdən çıxmış ofisinin nəfis tərtibatını vurğulamamaq olmaz

- Tuyqun bəy, yeni ofisiniz mübarəkdir. Deyəsən açılışı təmtəraqsız keçirdiniz?

- Çox sağ olun! “Palmali” nin paytaxtın bir neçə yerində ofis binası vardır ki, onlardan biri olan İçərişəhər ofisi 2005-ci ildən fəaliyyət göstərir. Sadəcə yeni təmirdən sonra hazırda şirkətin regional ofisi buraya köçüb. Bu mənada təmtərağa ehtiyac görmədən işimizə davam edirik.

- Bir ara deyəsən “PalFood” şirkətinin ofisindən də istifadə etdiniz?

- Biz sadəcə şirkətimizin törəmə qolu olan “ Palfood” holdinqin əsas brendi” Palsüd”ün inkişafı üçün bir müddət orada yerləşib vacib proseslərdə iştirak etdik. Son vaxtlar ölkə prezidentinin tövsiyyəsinə uyğun olaraq “ Made in Azerbaycan” brendinin inkişafı yolunda “ Palsüd” inamla çalışır. Gürcüstan Respublikasına məhsul idxalımız uğurla davam edir. Digər sevindirici məqam isə “Palsüd”ün yaxında Rusiya Federasiyasının Ekoloji, texnoloji və nüvə nəzarəti üzrə federal xidməti (Rostexnadzor)nin “Yüksək keyfiyyət “ sertifikatını alınca Moskva və digər böyük şəhərlərdən təkliflərin artmasıdır. Tezliklə Rusiya Federasiyasına da məhsullarımız “ Made in Azerbaycan” brendi ilə yola salınacaq. Ümumiyyətlə, “ Palmali” şirkət olaraq dövlət başçısının Azərbaycanın inkişafı yolunda verdiyi bütün tövsiyyələrdə, tapşırıqlarda yaxından iştirak edib. Regional ofisimizin rəhbəri Mais Mənsimovun rəhbərliyi altında ilk gündən fəaliyyətimizdə Azərbaycanın inkişafı üçün çalışmaq işimizdə prioritet xətt olub.

- Son zamanlar Türkiyənin tanınmış “ Milliyət” qəzetinə qədər gedib çıxan “ İki numara” için zimmet suçlaması”məsələsini sizin dilinizdən eşidək. Kimdir bu “ İki numara”?

- Şirkətimizin fəaliyyət göstərdiyi sektorda uzunmüddətli tərəfdaşlar qazana bilməsi, gündən-günə böyüməsi və yeni müştərilər cəlb etmək üçün biznesin istər regional, istərsə də dünya miqyasında güclü rəqabətə davam gətirməsi rəqiblərini aydın məsələdir ki, yaxşı mənada qıcıqlandırır. Təəssüf ki, sağlam rəqabəti bacara bilməyən rəqiblər 1998-ci ildə yaranıb qısa müddətdə böyük uğur yolu keçən “ Palmali”nin içərilərinə nüfuz edərək xaraktercə zəif insan olan,şirkətdə yüksək vəzifə tutmasına rəğmən onun kommersiya sirrlərini rəqiblərə verə biləcək səviyyədə xəyanətkar xarakterə malik Alaatdin Aykaçdan istifadə etməyi bacardılar. Şirkətin faktiki şəriksiz qalib olmalı tenderlərdən geri çəkilməsi, şirkətə məxsus mal varlıqlarının geri verməməsi, şirkətə məxsus maliyyə ödəniş kartları ilə qumar oynaması və ümumilikdə böyük məbləğdə ziyan vurma kimi ittihamlarla haqqında sənədlər toplanaraq artıq London məhkəməsinə təqdim olunmaq üzrədir. Sadəcə sənədləşmə işləri, araşdırmalar müəyyən qədər vaxt apardı.

- Alaatdin Aykaçın gec deşifrə olunması deyəsən “ Palmali”yə ciddi ölçüdə ziyan vurub? Ümumiyyətlə, kifayət qədər ciddi ittihamların səsləndiyi Aykaçın əməlləri niyə bu qədər gec ortaya çıxdı?

- Maraqlı və üzücü məqamlardan biri də bu ziyanların, zərərlərin vaxtında ortaya çıxması üçün məsul şəxs, şirkətin baş auditi Ali Kemalın da Aykaçla əlbir olması olub. Hazırda adını çəkdiyim şəxsdə vəzifəsindən azad olunub və haqqında araşdırmalar davam edir.

- Hazırda şirkətdə işlərin axarına düşdüyünü söyləmək olarmı?

- Belə deyək, gəmidaşımaçılıq sahəsində işlər elə qurulub ki, saat mexanizmi kimi hər şey qaydasında gedir. Son bir ildə “Palmali” iki böyük tenderin qalib olub və bunlardan “ Rosneft”lə imzalanan daşımaçlıq üzrə 5 illik müqavilə kommersiya və nüfuz baxımından kifayət qədər sanballı müqavilədir. Digər tərəfdən iki il öncə “Palmali”nin özünün Türkiyənin İzmit bölgəsində gəmiqayırma zavodunu inşa etməsi sıradan hadisə deyil. Yaxın zamanda şirkətin gəmi donanmasında öz istehsal etdiyi gəmilərin sayı daha da artacaq. İstər Aykaçın,istər Ali Kemal kimilərin əsas vurduğu ziyanlar daha çox digər sektorlarda- turizm, idman və başqa sahələrdə onlara olan etimaddan sui istifadə etmələri olub. Bizə maraqlı olan odur ki, belə bir xəyanətkar, uzun illər çalışdıqları şirkətin kommersiya sirrlərini satacaq qədər əxlaq kodeksini çeynəyib tüpürən, vəzifə səlahiyyələrini aşan birilərinə ölkəmizdə kimlərinsə himayədarlıq etməsidir. Daha pis tərəfi belə şəxslərə öz yanlarında iş-vəzifə vermələridir. Biz həm də ona təəssüf edirik ki, ölkə prezidenti cənab İlham Əliyevin ölkəyə yatırdığı sərmayələrə, yeni iş yerlərinin açılmasına və idman sahəsinə göstərdiyi qayğıya görə yüksək qiymət verdiyi “ Palmalı” şirkətinə, onun imicinə ölkəmizdən kimlərsə zərbə vurmaqda maraqlıdır. Ad və ünvan göstərmədən onu deyə bilərəm ki, təqribən bir il bundan əvvəl “ Palmali” nin nüfuzuna xələl gətirmək üçün dövriyyəyə buraxılan saxta və yalanlarla dolu informasiyalarda eyni mənbədən sifariş verilmişdi. Biz hələ də inana bilmirik ki, ölkəsini sevən,onun inkişafı üçün hər bir daşın altına əlini qoymağa hazır olan Mübariz Mənsimova zərbə vurub qaçanlar indi öz həmyerlilərimizin qoltuğuna sığınıb. Bu necə vətənpərvərlik, necə ədalətli davranışdır onu anlaya bilmirik. Lakin bütün xoşagəlməz hallara rəğmən rəqiblərin “Palmali”ni zəiflətmək cəhdləri puça çıxdı. “Palmali” böyüyür, inkişaf edir və güclənir!

- İdman sahəsinə vurulan ziyanları qeyd etdiniz. Tuyqun bəy, “ Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması çox gözlənilməz oldu. Əslində son iki mövsümdə əvvəlki əzəmətli “ Xəzər Lənkəran”dan da əsər əlamət qalmamışdı. Niyə hər şey birdən birə pis sonluğa doğru getdi?

- 2011-ci ildən başlayaraq “ Xəzər Lənkəran”ın idarə olunmasına müdaxilələr olunub. “Yeni inkişaf planı” hazırlayan Alaatdin Aykaç klubun büdcəsinə ciddi ziyanlar vurub. Son illərdə kifayət qədər böyük vəsait onun tərəfindən mənimsənilib. Təəssüf ki, bu məsələ də ona ölkəmizdən dəstək verən, himayə edən şəxslər olub. Klubun maliyyələşməsinə nəzarət edən Alaatdin Aykaç klubun fəxri prezidentinin inamından sui istifadə edərək aldatmaq yolu ilə klub büdcəsini talamaqla yanaşı onun inkişafına böyük ölçüdə mane olub. Təsadüfi deyil ki, uğurlu nəticələr qazanan mütəxəssislərin zamanında vəsait axının dayandırılması, öz istədiyi çalışdırcıları kluba yerləşdirdikdən sonra isə külli miqdarda vəsait xərclənməsi kimi faktlar var. Bura yersiz baş məşqçi dəyişikləri ilə yanaşı infrastrukturda görülən yarıtmaz təmir və yenidən qurma işləri də daxildir.

- Bu o demək deyil ki, yerli rəhbərlik bütün günahları üzərindən atır?

- İş olan yerdə qüsurlar həmişə olur və olacaq. “ Xəzər Lənkəran” rəhbərliyi olaraq gördüyümüz müsbət işlər, klub infrastrukturunun qurulması, 2011-ci ilə qədər qazanılan nailiyyətlərlə yanaşı buraxdığımız səhvləri də qəbul edirik. Ancaq ədalətli olsaq, məhz 2011-ci ilə qədər qazanılan nailiyyətlər, görülən işlər səhvlərimizi sığortalayır.

- Bütün bunları anladıq.Hamını maraqlandıran sual- “ Xəzər Lənkəran” nə vaxt geri dönəcək?

- Hazırda aşağı qruplarımız fəaliyyətini davam etdirir. Deyərdim ki, həmişə oldugu kimi cari mövsümdə də aşağı yaş qrupları uğurla çıxış edirlər. Son olaraq U-17 komandamızın qapıçısı da milli yığma komandanın toplanışına dəvət alıb. Klubun geniş avtobus parkından tutmuş, bazası, stadionuna qədər hər şey yerindədir. Yaxında aldığım məlumata görə geyim təhcizatına görə yaxşı mənada fərqlənən klub məhz “ Xəzər Lənkəran”dır. Bəzi araşdırmalar bitəndən sonra “ Xəzər Lənkəran” əlbəətdə dönəcək. Bir neçə gün öncə klubun bazasında olan klub preidenti Mais Mənsimov carı təmir işlərinin bərpası üçün tapşırıqlar verib. Biz Azərbaycan futbolundan bir dəfəlik getməmişik. “ Xəzər Lənkəran” geri dönməsi üçün münbit şərait, şəffaflıq yaranan kimi klubumuz dönəcək və buna kimsənin şübhəsi olmasın!

(qafqazinfo.az)


“Belə xəyanətkara kimsə himayədarlıq edir” -  Tuyqun Nadirov
“Belə xəyanətkara kimsə himayədarlıq edir” -  Tuyqun Nadirov




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail