“İnter”in 25-ci ev qələbəsi

05.12.2016 | 3600 dəfə oxunub

Bakının “İnter” klubu Azərbaycan kubokunda yubiley ev qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la “İnter Arena”dakı matçında əldə olunan 5:1 hesablı uğur turnirdə 25-ci zəfər olub.

Bakılılar bunu 41-ci matçda gerçəkləşirib. Bunadək öz meydanında keçirdiyi 40 qarşılaşmada 24 dəfə qalib gələn “İnter” 25-ci qələbəyədək 9 heç-heçə və 7 məğlubiyyət də yaşayıb. Komanda bu müddətdə 82 qol vurub 35-ni buraxıb. Görüşdə vurulan 3-cü qol 80-ci ev topu olub ki, bunun da müəllifi Rauf Əliyevdir.

“İnter” Azərbaycan kubokunda evdə ən çox qələbə qazanan 5 komandadan biridir. Paytaxt təmsilçisi 25-ə çatmaqla, “Bakı” ilə eyni göstəriciyə malikdir. Onlar yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

pfl



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail