"Boavişta"nın baş məşqçisi Kamranı güahlandırdı

06.12.2016 | 4762 dəfə oxunub

Ötən gün Portuqaliya çempionatında növbəti tur başa çatıb. Stadium.Az xəbər verir ki, milli komandamızın üzvləri olan qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun çıxış etdiyi “Boavişta” səfərdə “Pasuş de Ferreyra”yla qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Hər iki milli üzvümüz meydana çıxıb. Kamran isə bu dəfə də çıxışda səhv edərək rəqibin hesabı açmasına şərait yaradıb. Bu barədə isə “Boavişta”nın baş məşqçisi Migel Lil oyundan sonra danışıb. 

“Birinci hissəni uğursuz keçirdik. Qısa müddət ərzində ardıcıl iki qol buraxdıq ki, bu da yekun nəticəni müəyyənləşdirdi.

İkinci hissədə hücumda fəal olduq və hətta qollardan birinin əvəzini də çıxdıq. Lakin rəqib sona qədər çox yaxşı müdafiə olundu, bərabərlik qoluna imkan vermədi. Etiraf etməliyəm ki, komanda hələ tam istədiyim səviyyədə deyil. Heyətdə kifayət qədər təcrübəsiz gənclər var. Bu üzdən komanda hələ zəif görünür.

Fikrimcə, Kamran Ağayevin ilk qoldakı səhvini onun zədəsi ilə bağlamaq doğru olmaz. Sadəcə, Kamran həmin epizodda düzgün qərar vermədi. O, topa çıxmamalı idi. Kim meydana çıxırsa, məsuliyyəti də o daşıyır. Amma onu da unutmayaq ki, Ağayevin bu qarşılaşmada iştirakı sual altında idi. Oyuna hazır olmaq üçün çox çalışdı. Bir neçə epizodda da komandamızı qoldan xilas etdi. Məğlub olsaq da, komandadan ümumilikdə razı qaldım. Bu çətin yolda azarkeşlərimizin dəstəyinə ehtiyacımız var.

“Boavişta” 12 turdan sonra 13 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail