Rəvanın futbolçusu etdiyi kobudluğa belə bərait qazandırdı...

06.12.2016 | 3950 dəfə oxunub

Azərbaycan Kubokunun 1/8 final mərhələsində "AZAL" - "Rəvan" oyununda "Rəvan"ın futbolçusu Zahid Quliyev David Janalidzenin kürəyinə bilərəkdən ayaqla zərbə vurmuşdu. Sözügedən futbolçu Report.az-a açıqlamasında etdiyi kobudluğa belə bərait qazandırmağa çalışıb: "O, oyunda hesab AZAL-ın xeyrinə 4:0 olduqdan sonra rusca "Birini də vurun, mənim də "stavkam" düz gəlsin" dedi. Mən də rusca bildiyim üçün onun adımızın "danışılmış oyunlar"da hallanmasına işarə vurduğunu anladım. Bu sözləri bizimlə məzələnmək, yoxsa həqiqətən də oyuna pul qoyuluşu etdiyi üçün dediyini bilmirəm. Amma hər halda cavabını vermək üçün epizodların birində Canelidzeni kürəyindən təpiklə vurdum. Bundan sonra baş hakim Fariz Yusifov mənə qırmızı vərəqə göstərdi. Meydandan çıxanda hamı məndən "Nə olub?" deyə soruşdu. Mənim üçün həmin vaxt komanda yoldaşlarıma nə baş verdiyini izah etmək çətin idi"

 O, rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadə işlətmədiyini bildirib: "Ona heç bir senzuradankənar söz deməmişəm. Sadəcə, vurmuşam. Onsuz da indi İntizam Komitəsi kimə nə cəza gəldi, verir. "Rəvan"ın nə vəziyyətdə olduğuna fikir verən yoxdur. Onsuz da yıxılırıq, bunlar da balta çalırlar". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail