"Neftçi"dən daha bir transfer

05.01.2017 | 2565 dəfə oxunub

Bakının "Neftçi" klubunun heyətə cəlb etmək istədiyi ukraynalı futbolçunun adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, bu, Kiyev "Dinamo"sunun yetirməsi Kirill Petrovdur.

13 yaşında "Dinamo"nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə "Krivbass" və "Qoverla"ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev "Arsenal"ı, bir il sonra Polşa "Korona"sı, 2015-ci ildə isə Qazaxıstanın "Ordabası" klublarında forma geyinib.
Onun sonuncu komandası isə Ukrayna "Olimpik"i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib.
Petrovun bu gün "Neftçi"nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacağı gözlənilir. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2017

01:29  Sevgilisi Neymarı rədd edib - FOTOLAR

23.06.2017

15:03  "Qarabağ"ın son məşqi VİDEO

03:38  Almaniya – Çili - 1:1 VİDEO

22.06.2017

14:05  "Qarabağ"ın məşqi VİDEO

21.06.2017

20.06.2017

21:57  "Qarabağ" Avstriyada ilk oyununda m']lub oldu - YENİLƏNİB VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 28 19 5 4 46:14 62  
2. Qəbələ 28 14 10 4 48:21 52  
3. İnter 28 11 10 7 39:33 43  
4. Zirə 28 10 9 9 29-26 39  
5. Kəpəz 28 9 9 10 24-27 36  
6. Sumqayıt 28 9 8 11 28:35 35  
7. Neftçi 28 9 2 17 24-45 29  
8. AZAL 28 1 7 20 13-50 10  
29.04Kəpəz 1-0İnter
29.04Sumqayıt 2-1İnter
29.04AZAL 0-3Zirə
29.04Neftçi 1-2Qarabağ
01.01 -
01.01 -
09.04 -
09.04 -