"Kəpəz"də yeni futbolçu

23.01.2017 | 3584 dəfə oxunub

"Kəpəz"də yeni futbolçu var. Stadium.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev xəbər verib.

Baş məşqçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Əli Nuri ilə tezliklə müqavilə imzalayacaqlarını da bildirib. Onun sözlərinə görə, artıq bir neçə aydır komandanın düşərgəsində olan dayaq yarımmüdafiəçisi ilə münasibətlərin rəsmiləşməməsinə səbəb İran Futbol Federasiyasından beynəlxalq transfer vərəqəsinin göndərilməməsidir: "Əli Nuri artıq bir neçə aydır bizim komanda ilə məşq edir. Sadəcə, həmin vaxt transfer pəncərəsi açılmadığınıdan, biz onu qeydiyyatdan keçirə bilmirdik. İndi qarşı tərəfdən məktub gözləyirik. Güman ki, yaxın günlərdə lazım olan sənəd göndəriləcək və futbolçu ilə münasibətlər rəsmiləşdiriləcək".

Əli Nurinin sonuncu klubu İranın "Fulad Xuzestan" komandası olub. O, U-21 yığmasının heyətində Türkiyənin Antalya bölgəsində keçirilən qış təlim-məşq toplanışında iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail