Almaniya millisinin Bakı səfərinin proqramı bəlli oldu

13.02.2017 | 4234 dəfə oxunub

Martın 26-da Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Almaniya yığmasının Bakıya səfər proqramı müəyyənləşib.

Stadium.Az xəbər verir ki, Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı Bundestimin qarşılaşmadan iki gün əvvəl yerli vaxtla saat 14:35-də (Bakı vaxtı ilə 17:35-də) çarter reysli təyyarə ilə Düsseldorfdan yola düşəcəyini yazıb. Yığma üzvləri gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına endikdən sonra "Boulevard Hotel"də məskunlaşacaqlar. Ertəsi gün onlar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaqlar. Görüş isə martın 26-da saat 20:00-da başlanacaq. Qarşılaşmanın ardından qonaq komanda birbaşa hava limanına yollanaraq, gecə saat 02:20-də Frankfurta uçacaq.

DFB Almaniya yığmasının olduğu təyyarəilə Bakıya azarkeş üçün də səfər imkanı yaradıb. Bunun üçün Bundestimin oktyabrın 8-də Azərbaycan millisi ilə ev oyununu hansı şəhərdə keçirəcəyini fevralın 20-dək hamıdan tez tapmaq lazımdır. Qalib şəxs özü ilə dostunu da götürə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail