Elxan Abdullayev: "Ruslan Abışovu məcburən əvəzlədik"

18.02.2017 | 3666 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 19-cu turunda "Kəpəz"lə oyundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizi çətin oyun gözlədiyini bilirdik. “Kəpəz” bu oyuna yaxşı hazırlaşmışdı. Onlara xal daha çox lazım idi, nəinki bizə. Komanda yaxşı oynadı, sadəcə, qol vura bilmədi. Rəqibə 90 dəqiqə təzyiq etsək də, qələbə qazana bilmədik.

- İkinci hissədə hücumçunu hücumçuyla əvəzlədiniz. Bu, nə ilə bağlı idi?

- Ruslan Abışovu məcburən əvəzlədik. O ki qaldı üçüncü dəyişikliyə, fikirləşdim ki, Barqası kimin əvəzinə çıxara bilərəm. O, cinahda oynayan oyunçu deyil. Müdafiəçi ilə əvəzləməklə risk etmək istəmədim. Buna görə, məcburən onu Seqoviya ilə əvəzlədim. Hər iki oyunçu tam hazır deyil.
 
- Namiq Ələsgərovun və Rəhman Hacıyevin oyunundan razı qaldız?

- Namiq ilk hissədə alınmmasa da, ikinci hissədə yaxşı oynadı. Fasilədə ona tapşırıqlar verdim. O ki qaldı Rəhmana, onun oyunundan razı qalmadım. Ehtiyatda oturmasının səbəbi isə ötən oyunda qalib gələn heyətə şans verməyim oldu. Qalib heyəti dəyişməzlər.
 
- Komandanın get-gedə az qol vurması sizi narahat etmir?

- Mən daha çox qol buraxmadığımıza görə sevinirəm. Düzdür, mən də istəyərəm ki, həmişə stadionda qol vurulandan sonra səslənən mahnını eşidim (gülür). Ancaq bu həmişə mümkün olmur. 
 
- Ruslan Abışovun vəziyyəti necədir?

- Onu oyundan sonra görməmişəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail