Tərlan Əhmədov: "Rəşadı, Vaqifi və Ruslanı qınamaq istəmirəm"

19.02.2017 | 4793 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda "Sumqayıt”la ev oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:  

- Futbolçularımdan razı qaldım, mübarizə apardıq. Cəmi 1 səhvə görə məğlub olduq. İmkanlarımız olsa da, qol vura bilmədik. Məğlubiyyətə səbəbkar futbolçular yox, mənəm. Bəxtimiz gətirmədi, təəssüflənirik. Bundan sonra qarşıdakı oyunlara hazırlaşmalıyıq. Yaxın günlərdə rəhbərliklə görüşümüz olacaq, bəzi məsələlərə aydınlıq gətirməliyik.
 
- Dediniz ki, komandanın məğlubiyyətinə günahkar özüməm. Günahınızı nədə görürsünüz?

- Görünür ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm.

 - Ad baxımından götürsək, AZAL bu heyətlə medallar uğrunda mübarizə apara bilər. Amma bu gün heyətinizdə olan təcrübəli futbolçular kobud səhvlər edirlər...

- Futbolda belə hallar olur. Dahi futbolçular da səhv edirlər. Rəşadı, Vaqifi və Ruslanı qınamaq istəmirəm. Əgər səhvlərdən danışırıqsa, gərək "Real”ın, "Barselona”nın oyunçularını assınlar.
 
- Komandaya cəlb olunan futbolçulardan razısınız?

- Vallah, nə deyim. Arkadi Qalıperin artıq komandamızda uyğunlaşıb. Eyni sözləri Sadio haqda da deyə bilərəm. Omeqa da yaxşı oynadı, çox soyuqqanlıdır. Madunun isə artıq çəkisi var, ümid edirəm ki, o da komandaya uyğunlaşacaq. 
 
- Bəs, Vaqif Cavadovun oyunu sizi qane edir? Ona bildirmisiniz ki, AZAL son dayanacaqdı?

- Mən heç kimə heç nə bildirmirəm. Vaqif düşdüyü vəziyyətdən özü çıxmalıdır. Deyə bilmərəm ki, AZAL Vaqifin son dayanacağıdır. Bəlkə bizim komandamızdan yaxşı komandaya transfer ediləcək. Mənim Vaqifə ümidim böyükdür.
 
- Maraqlıdır, pulu olmayan AZAL bu qədər legioneri necə transfer edir?

- Dostlar sağ olsun. Dostlar Mehdi Taoulini kömək məqsədi ilə komandamıza göndəriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail