Rəşad Sadıqov: "Bu oyunla o matçları müqayisə eləməzdim" - MÜSAHİBƏ

20.02.2017 | 3784 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Qəbələ” ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında nə deyə bilərsən? Məğlubiyyətə səbəb nədi?

- Nəticəni nəzərə almasaq, gərgin oyun keçəcəyini bilirdik. “Qəbələ” daha çox topla oynayacaqdı, biz də oyunumuzu mərkəzdə və əks-hücumlar üzərinə quracaqdıq. Demək olar ki, oyun belə də getdi. Sadəcə olaraq, matçın taleyini son vuruşlar həll etdi. Bizim də yaxşı vəziyyətlərimiz oldu. Rəqibin ikinci qolundan başqa real qol epizodu olmadı. Son vuruşlarda “Qəbələ” bizdən dəqiq oldu. Bizim də zərbə vurmağa imkanlarımız vardı, amma ya qapıçının üzərinə getdi, ya da top rəqib müdafiəçilərə dəydi

- Rəqib müdafiəsini yarmağda çətinlik çəkdiniz. Nəzərə alsaq ki, rəqibin əsas mərkəz müdafiəçisi yox idi. Bu, növbəti oyunlarda sizə çətinlik yaradacaqmı?

- Belə deyək də, “Qəbələ” komanda şəklində çox yaxşı oyun göstərir, güclü heyətləri var. Onlara qol vurmaq asan deyil. Uşaqlar çalışdılar, əllərindən gələni etdilər, amma alınmadı.

- Bu matçda “Qəbələ” azarkeşlərinin çılğınlığı diqqətini çəkdimi? Oyun zamanı ab-hava necə idi?
- Bu, normaldır. Səfər matçlarında hər zaman rəqib azarkeşlərin üstünlüyü olur.

- Demək olar ki, bu matçdan sonra çempionluq yarışı daha da qızışacaq?
- Bəli, əgər bu gün qələbə qazansaydıq, çempionluğa daha çox yaxınlaşacaqdıq, ancaq məğlub olmağımızla rəqabət daha da qızışdı.

- Son vaxtlara qədər “Neftçi” - “Xəzər-Lənkəran” matçına “böyük oyun” adı verilmişdi, “Qarabağ”-“Qəbələ” matçı da bu səviyyəyə gələ bilərmi?
- Həmin matçlar bir az fərqli idi. Komandaların bir-birinə qarşı aqressiyası vardı. Amma bizim “Qəbələ” komandası ilə çox yaxşı münasibətlərimiz var. İllərlə belədi. Bu gün meydançada da gözəl futbol oldu, futboldan kənar hadisələr baş vermədi. Bu oyunla o matçları müqayisə eləməzdim.

- Hansısa azarkeş narazılığını görmədin?

- Xeyr, görmədim.

- Hazır deyildin bugünkü oyuna?

- Hazır olsam, oynayardım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail