Samir Məsimov: "Neftçi"dən getdiyim üçün peşman deyiləm" - MÜSAHİBƏ

23.02.2017 | 4335 dəfə oxunub

Sloveniyanın "Domjale" klubundan ayrılaraq AZAL komandasına transfer olunan Samir Məsimovun müsahibəsi:

- AZAL-a keçidiniz necə alındı? Təklif klubdan gəldi, yoxsa özünüz müraciət etdiniz?

- AZAL-ın baş məşqçisi Tərlan Əhmədova minnətdaram, məni komandasız qoymadı. Azərbaycanda onun kimi vətənpərvər məşqçinin olması ilə qürur duyuram.

- "Domjale"dən ayrılmağınızın səbəbi nədir?

- Orada oyun praktikam çox az idi, nadir hallarda meydana çıxırdım. Ona görə də ayrılmağa qərar verdim.

- Ehtiyatda qalmağınız nə ilə bağlıdır?

- Məni komandaya dəvət edən baş məşqçi Luka Elsner şans verirdi. Lakin onun gedişindən sonra yeni baş məşqçi Simon Rojman gəldi. O isə özümü göstərmək üçün imkan yaratmadı.

- Ancaq Luka Elsnerin zamanında da heyətdə möhkəmlənə bilmədiniz...

- Açığı, "Domjale"də niyə alınmadı, özüm də bilmirəm. Məşqçilər məndən razı idi.

- Bəlkə Simon Rojmanla probleminiz olub?

- Xeyr, "Domjale"də heç bir məşqçi ilə problemim olmayıb. Orada çox mehriban kollektiv vardı.

- Ötən ilin fevralında "Neftçi"dən "Domjale"yə keçdiyiniz üçün peşmansınız?

- "Neftçi"dən getdiyim üçün peşman deyiləm. Sloveniyaya inkişaf etmək, Avropada oynamaq üçün getmişdim.

- AZAL-dan başqa klubdan təklifiniz var idi?

- Bəli, bir neçə təklif almışdım. Moldovadan təklif göndərən bir komandaya keçidim baş tutmadı. Onların borcları ilə bağlı problemləri yarandı. Həmçinin Anatoli Ponomaryov zəng etmişdi, İsveçin I divizionuna çağırdı. Ancaq dil baryerinə görə "yox" deməli oldum. AZAL-da oynayacağam. Bu, mənim üçün yeni bir mərhələ, çağırışdır. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail