Rüstəm Orucov: "Əsas məqsəd İslam Həmrəyliyi Oyunlarıdır"

24.02.2017 | 4217 dəfə oxunub

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının cüdo üzrə gümüş medalçısı Rüstəm Orucov idmançı səfiri olduğu "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatına hazırlığı barədə danışıb.

Stadium.Az xəbər verir ki, " Bakı 2017"nin rəsmi saytına müsahibə verən 26 yaşlı idmançı əsas məqsədlərinin İslamiadada daha yaxşı çıxış etməkdən ibarət olduğunu bildirib. O, Bakıda keçiriləcək Oyunlara çox ciddi hazırlaşdıqlarını vurğulayıb: 

"Dayanmadan çalışırıq. İslamiadadan əvvəl Avropa çempionatı var, ora da hazırlaşırıq. Lakin əsas məqsəd İslam Həmrəyliyi Oyunlarıdır. İnanıram ki, yaxşı olar".

Orucov bildirib ki, məşq etməkdən ləzzət alır: "Əlbəttə, yoruluruq, amma bu, mənim işimdir. Bu işdən ləzzət alıram. 3-5 gün məşq etməsən, görürsən ki, evdə dözə bilmirsən. İstəyirsən məşq edəsən. Hər gün məşq etmək bir nömrəli məqsəd olmalıdır. Sonra səbr və güc gəlir".

Tatami ustası mətbuatı izlədiyini, idman xəbərlərini internet, qəzet və jurnallardan oxuduğunu söyləyib. Yemək zövqündən söz açan cüdoçu kababları və yarpaq dolmasını sevdiyini vurğulayıb. Onun ən çox sevdiyi içki isə kofedir. 

Avropa çempionatı 20 - 23 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail