Almeydanın Azərbaycan millisində ilk oyunu nə zaman olacaq?

28.02.2017 | 3805 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Riçard Almeyda DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiyaya qarşı Bakıda keçiriləcək oyununda Azərbaycan millisinin heyətində ilk dəfə meydana çıxa bilər.

Stadium.Az xəbər verir ki, bu haqda açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. O bildirib ki, Almeydanın millimizdə oynamasıyla bağlı sənədlər toplanaraq FİFA-nın müvafiq komitəsinə göndəriləcək.

O deyib ki, böyük ehtimalla Riçard Almeydanın iyunun 10-da Bakıda Şimali İrlandiya komandası ilə oyuna qədər Azərbaycan millisində oynaması üçün bütün hüquqi prosedurlar həllini tapacaq. M.Nərimanoğlu onu da deyib ki, Almeydanın marta Almaniya ilə oyunda meydana çıxması isə gözlənilmir.

Milliləşdirilmiş əcnəbi oyunçuların bir komandada oynamasına razılığı FİFA-nın Oyunçuların Statusu Komitəsi verir. Adətən, bu komitə federasiyanın ünvanladığı müraciətə 3 ay müddətində cavab verir.

"Qarabağ"ın 27 yaşlı braziliyalı yarımmüdafiəçi olan Riçard Almaeyda milli komandamızda oynamağa razılıq verib. Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail