Almanların qapazaltısı - Azərbaycan millisi

21.03.2017 | 3259 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz martın 26-da Almaniyanı qonaq edəcək. Stadium.Az xəbər verir ki, indiyə kimi komandalar arasında baş tutmuş 4 görüşün hamısında almanlar qələbəni bayram edən tərəf olub.

Keçirilən 4 oyunda almanlar millimizi 15 dəfə mərkəzə dəvət edib. Buraxılan 15 qolun qarşılığında isə millimiz 2 dəfə Almaniyanı məyus edə bilib. Almanlarla baş tutan son iki görüşdə isə fərqlənmək mümkün olmayıb.

4 görüşün ikisində almanları mərkəzə dəvət edən millimizdə Vaqif Cavadov və Murad Hüseynov fərqlənib.  Belə ki, Berti Foqtsun dönəmində millimiz səfər oyununda Cavadovun, ev oyununda isə Hüseynovun qolu ilə dünya çempionlarını məyus edə bilib.

Azərbaycan

Millimiz keçirdiyi son yoxlama görüşündə Qətər yığmasını məğlub edib - 2:1. Ümumilikdə isə Prosineçkinin yetirmələri keçirdiyi son 5 görüşdə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə üzləşib. Xarici mətbuata inansaq millimizin ümumi dəyəri 10 milyon 500 min avro civarındadı.

Almaniya

Dünyanın ən güclülərindən sayılan almanlar uduzmağı sevmir. Belə ki, sonuncu dəfə Avro-2016-da Fransa millisinə məğlub olan Yoahim Lövün yetirmələri baş tutan son 6 görüşün yalnız birində heç-heçə edib. Bu da yoxlama görüşü çərçivəsində İtaliya millisi ilə səfərdə baş tutmuş oyundu.  Almanlar son 6 oyunun heç birində qol buraxmayaraq ümumilikdə 17 dəfə rəqiblərini meydanın mərkəzinə dəvət edib.

Ulduzlar toplusu Almaniyanın komanda dəyəri 597 milyon 250 min avrodu.

Millimiz almanlarla görüşün ilk hissəsində qapısını toxunulmaz saxlaya bilsə o zaman qitənin ən güclüsündən xal almaq real görünə bilər. Çünki Almaniya son 10 görüşün 7-də ilk hissəni qalib qapayıb ki, sonucda da qələbə qazanan tərəf olub.

Sonda onu da bildirək ki, qrup lideri Almaniya maksimum nəticə ilə yoluna davam edir - 4 görüş, 4 qələbə və 12 xal.

Millimiz isə 7 xalla 3-cü pillədə qərarlaşıb.

Tofiq Bəhrəmov adına respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail