Rəşad Sadıqov: "Kimsə Renatı ləkələmək istəyir" - MÜSAHİBƏ

25.03.2017 | 3378 dəfə oxunub

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığması ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qrupun növbəti matçına çıxacağıq. Qrupun ən güclü komandası Almaniyadı. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kii, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadı. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadı. 90 dəqiqə diqqətli olmalıyıq. Almanlar səhvi bağışlamırlar. Sabahkı matç haqda çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdı.

- Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?

- Bu, bizim üçün sevindirici haldı, əlavə stimuldu. Yəqin ki, belə azarkeşlər qarşısında oynamaq rəqibə problem yaradacaq. Bizim üçün bir fürsətdi. Hər dəfə bu qədər azarkeş qarşısında oynamırsan. Öz azarkeşlərimiz, eləcə də, Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq üçün darıxmışıq.

- Almaniya mətbuatında yayılan xəbərə görə, Renat Dadaşova millidə oynaması qarşılığında 1 milyon avro verilib. Bu xəbərə münasibətiniz necədi?

- Düşünmürəm ki, kimsə bizim düşərgədə nəsə çaxnaşma yaratmaq istəyir. Mətbuat işçisidi, amma təsdiqini tapmamış məlumatdı. Biz buna önəm vermirik. Renat çox perspektivli oyunçudu. Azərbaycan yığmasını seçməsi sevindirici haldı. Ola bilsin, kimsə onu ləkələmək istəyir. Renat insan kimi də yaxşı insandı. Düşünürəm ki, Azərbaycana olan məhəbbətindən bizim millini seçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail