Çingiz Abdullayev: "Baş məşqçini dəyişmək istəmirik" - MÜSAHİBƏ

22.04.2017 | 4054 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun muzeyinin açılışından sonra jurnalistlərin suallarını cavablandırıb:

 - “Neftçi” klubunun 80 illik yubileyi və muzeyin açılışı sizin dönəminizə təsadüf etdi. Təəssüratlarınızı bilmək istərdik.

- Düzdü, son ildə çətinliklərimiz, məğlubiyyətlərimiz olub. Buna baxmayaraq, ən şanlı tarix “Neftçi” komandasındadı. 80 il ərzində “Neftçi”nin necə oynadığını, hansı uğurlar qazandığını burda görürsünüz. Özüm baxanda fəxr edirəm. Hələ uşaq olarkən gəlib onların oyunlarını izləyirdim. Yaşar Babayev, Kazbek Tuayev kimi simalar indi də bizimlədilər. Adam baxır, inana bilmir. Bu, nəinki “Neftçi”nin, Azərbaycan idmanının tarixidi. Həmin tarixi burda bərpa etdiyimiz üçün fəxr edirik. İnsanlar gəlib bunu görə biləcəklər.

 - Komandanın növbəti mövsümlə bağlı planları bəllidimi?

- Mən həmişə jurnalistləri obyektivliyə dəvət etmişəm. Qış fasiləsindən sonrakı dövrü götürək. Hesablasanız, görərsiniz ki, çempionat qışdan sonra başlasaydı, biz indi 2-ci pillədə qərarlaşardıq. Təbii ki, bu ola bilməz. “Qəbələ” ilə, “Qarabağ”la oyunlarda bəzi səhvlər olub. Deyə bilmərəm ki, uğursuz çıxış etmişik. Düzdü, uduzduğumuz oyunlar da olub. İlk yarıda kifayət qədər xallar itirmişik. Gələn mövsümdən isə düşünürük ki, komanda ilk iki yer uğrunda mübarizə aparmalıdı.

- Baş məşqçi dəyişikliyi ediləcəyi ilə bağlı söz-söhbət gəzir...

- Söz-söhbətlərə inanmıram. Biz baş məşqçini dəyişmək istəmirik. Hələlik Elxan müəllimdən razıyıq, o, işinin başındadı. Azarkeşləri də başa düşürəm. Uduzanda narazılıq bildirirlər. Adicə “Arsenal” məğlub olanda Arsen Venger kimi əfsanəvi məşqçi nələrlə üzləşir. Azarkeşləri başa düşmək olar, amma xuliqanlıq etməsinlər, nalayiq ifadələr işlətməsinlər. Çünki insana təsir edir. Bizim Elxan Abdullayevlə yolları ayırmaq fikrimiz yoxdu.

- Ruslan Qurbanovun “Neftçi”yə qayıdacağı bildirilir. Bu, doğrudumu?

- Bunu danışmışıq, amma hələ eşitməmişəm.

- Komandanın Avropa Liqasına vəsiqə qazanmaq şansı davam edir. Sabah “Zirə” ilə çətin matça çıxacaqsınız. Nələr gözləyirsiniz?

- Mətbuatda bunu da düz yazmırlar. Yazırlar ki, “Neftçi” Zirədə hələ 1 top da vura bilməyib. Düzdü, Premyer Liqada vəziyyət belədi. Amma yazıda qeyd etmirlər ki, bu, çempionat görüşlərinə aiddi. Axı kubok oyununda onları 3:0 hesabı ilə məğlub etmişik. Üstəlik, “Zirə” iki ildi yaranıb.

- Klubun büdcəsi artacaqmı?

- Azərbaycanda çətin vəziyyət yaranıb. Bunu başa düşürük. Amma SOCAR rəhbərliyi sağ olsun ki, bugünkü açılışda iştirak etdi. Bizim əsas sponsorumuz SOCAR-dı. Hər şeyi açıqlamaq istəmirəm. Amma deyə bilərəm ki, “Neftçi”nin vəziyyəti digər bütün komandalardan qat-qat yaxşıdı. “Qarabağ” və “Qəbələ”də də vəziyyət yaxşıdı və inanıram ki, həmişə belə olacaq. Bizdə maliyyə baxımından heç vaxt problem olmayıb və gələcəkdə də olmayacaq.

- Klubun bazasını nə vaxta hazırlamağı planlaşdırırsınız?

- İstəyirik ki, bu il işləri tamamlayaq. İndiki dönəmdə belə şeylər hazırlamaq çətindi. 5 il əvvəl maliyyə durumu yaxşı idi, hər şey etmək mümkün idi. Amma indi belə deyil. Buna baxmayaraq, bazamızda gözəl işlər gedir. Hansı komanda ora gəlirsə, deyir ki, Azərbaycanda hələ belə baza görməmişik. Deyirlər ki, meydança pambıq kimidi. İlin sonuna qədər bazanın tikintisini başa vurmağa çalışırıq.

- Müşahidə Şurasının sədri seçiləndə AFFA prezidenti Rövnəq Abdullayevdən Bakı Olimpiya Stadionunu istəmişdiniz. O isə demişdi ki, ilk növbədə 8-ci km qəsəbə stadionunu doldurun. Azarkeş sayı indi sizi qane edirmi?

- Xeyr, qəti qane eləmir. Sizə bir sirr açım. I divizion və Premyer Liqa klublarının hamısını bir yerə yığsaq, hamısının ümumi azarkeş sayı “Neftçi” azarkeşləri qədər deyil. Düzdü, Gəncədə “Kəpəz”in, Lənkəranda “Xəzər Lənkəran”ın azarkeşləri çox idi. Amma hamısı bir yerdə “Neftçi” azarkeşi qədər eləmir. Bu stadion dolmalıdı. Çalışırıq “Neftçi” elə oynasın ki, azarkeşlər də stadiona gəlsinlər. Keçən il də stabil oynamamışdıq. Amma heç bir paytaxt komandasının oyunlarına bizimki qədər azarkeş gəlmirdi. Elə indinin özündə də fanatlar komandanı tək buraxmırlar. Amma yenə də azarkeş sayımız çox olmalıdı. Bu stadionu doldurduqdan sonra ikinci dəfə müraciət edəcəyik ki, heç olmasa əsas oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirək.

- Siz fanşopdan gəlir əldə edə biləcəksinizmi?

- İnanmıram ki, burdan böyük bir gəlir əldə edək. Bunu azarkeşlər üçün edirik. Açıq danışaq, bizdə heç bilet pulundan böyük qazanc götürmürük. Düzdü, Azərbaycan – Almaniya matçında tribunalar dolmuşdu və bilet satşından müəyyən gəlir əldə edilmişdi. Bilirsiz, bu məsələyə düz yanaşmırıq. Futbol bütün dünyada böyük pul gətirən oyundu. Dəhşətli pullar dövr edir. Azərbaycanda da belə olmalıdı. Futbol pul xərcləyən yox, gətirən oyun olmalıdı. Xarici ölkələrdə yüz milyonlarla pullar qazanırlar. Bizdə də belə olmalıdı və inanıram ki, olacaq.

- Qeyd elədiniz ki, baza ilin sonunda hazır olacaq. Muzeyi də ora aparacaqsınız?

- Xeyr. Baza ilə stadion fərqlidi. Biz istəyirik ki, insanlar muzeyi görsünlər. Bazaya gələndə ora girmək çətin olar. Ümumiyyətlə, bazaya buraxmırlar. Kimsə hətta mənim də yanıma gəlsə, aşağı zəng vurub tapşırıram, sonra buraxırlar. Hər küçədən keçən gəlib girə bilməz. “Real”ın da muzeyində olmuşam. Onların muzeyi stadiondadı və möhtəşəmdi. Çox yerdə belədi. Baza bağlı olmalıdı, bəlkə gizli məşqlər keçirilir. Axı muzey orda olsa, gəlib məşqi də çəkə bilərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail