Kvekveskiri: "Biz kuboku daha çox istəyirik" - MÜSAHİBƏ

25.04.2017 | 3804 dəfə oxunub

“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri Azərbaycan Premyer Liqasının 27-ci turunda “İnter”ə 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra bir sıra sualları cavablandırıb. 

-    Bu matçda gözlənilməz hesab qeydə alındı. Ümumiyyətlə, qarşılaşmaya öncədən köklənə bilmişdiniz?

-    Azarkeşlər üçün baxımlı oyun oldu. Bu oyunu kçik bayram hesab etmək olar. Matça gəlincə, ilk hissədə bir neçə dəfə oyunun ipini əlimizdən buraxdıq. Bunu etməməliydik. İkinci hissədə də böyük səhvlər etdik. Hansı ki, rəqib hesabı bərabərləşdirdi. Bəlkə kənardan maraqsız görünə bilər, amma bu görüş bizim üçün olduqca vacib idi. Son 6 matçda qələbə üzünə həsrət qalmışdıq. Bu səbəbdən qalibiyyət hava-su kimi lazım idi. Həm də kubok öncəsi hər iki görüşdə qalib gəlməklə Naxçıvana yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirdik. 

-    Gümüş medallara sevinmədiniz sanki...

-    Düzdür, Azərbaycan çempionatında ilk medalı qazandığıma görə sevinirəm. Bu mənim üçün ilk mükafatdır. Amma komanda üçün bunu uğurlu nəticə saymıram. Çünki biz “qızıl” üçün mübarizə aparırdıq. “Qarabağ”ı təbrik edirəm.  Amma aldığımız medala sevinə bilmirik. Bizim qızıl medala ehtiyacımız var idi. 

-    Sonuncu oyun kubokun finalına tam hazırlıq olacaq?

-    Hər oyun vacibdir. Razıyam ki, “Sumqayıt”la oyun “Qarabağ”la final matçına hazırlıq olacaq. Hər kəs həmin matça tam gücü ilə hazırlaşmalıdır. Ümid edirəm ki, biz həmin matça bütün gücümüzü qoyub qalib gələcəyik. 

-    “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev bildirib ki, “Qəbələ” çempionatın qisasını finalda almaq istəyəcək...

-    Əlbəttə, biz kuboku daha çox istəyirik. Çünki komandanın tarixində nə çempionluq, nə də ölkə kuboku var. Buna görə də onlardan daha çox istəkli olub ikiqat güclü oynamalıyıq. Final bizim üçün böyük şansdır. Bütün bunlara baxmayaraq şanslar 50-50-yədir. 

-    Final görüşünün keçiriləcəyi Naxçıvan şəhəri və stadionu haqqında sizə məlumat verilib?

-    Əlbəttə. Mən şəhərin və stadion şəkillərini görmüşəm. Düşünürəm ki, kubokun ora salınması yaxşı haldır. Ən azından Azərbaycan futbolunun daha da populyarlaşmasına kömək edəcək. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Futbolu bölgələrə daşımaq lazımdır. Böyük ehtimalla naxçıvanlılar bunu bayram kimi qəbul edəcək. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail