Mövsümün ən məhsuldar ikinci turu

25.04.2017 | 3912 dəfə oxunub

Premyer Liqasının XXVII turu məhsuldarlığı ilə diqqət çəkib. Stadium.az xəbər verir ki, gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub.

Orta məhsuldarlığın 4,25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən IV turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4,75 top vurulub.

Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu XXVII tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. IV turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. “Qarabağ” – “Sumqayıt” (2:1), AZAL – “Kəpəz” (1:2), “Zirə” – “Neftçi” (2:2) və “Qəbələ” – “İnter” (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib. Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi XV turda baş verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail