İslamiada: Klassik güləşçilərimizdən 3 qızıl, 1 bürünc

19.05.2017 | 3187 dəfə oxunub

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi yarışlarına yekun vurulub. Stadium.Az xəbər verir ki, daha 4 pəhləvanımız medallar uğrunda mübarizə aparıb.

Bütün idmançılarımız yarışa 1/4 final mərhələsindən start veriblər. Günün yekununda Kamran Məmmədov, Elvin Mürsəliyev və İslam Abbasov "qızıl" əldə etdiyi halda, Sabah Şəriəti bürünc mükafatla kifayətlənib.

İlk gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarını ümumilikdə 8 medalla (4 "qızıl", 1 "gümüş", 3 "bürünc") başa vurublar.   

66 kq

Ölkəmizi bu çəkidə təmsil edən Kamran Məmmədov yarışa qələbə ilə başlayıb. Pəhləvanımız ilk rəqibi iranlı Mehdi Zeydivandı 6:0 hesabı ilə üstələyərək, yarımfinala adlayıb. Bu mərhələdə o, Mirzobek Raxmatovla üz-üzə gəlib. Məmmədov özbəkistanlı rəqibi ilə qarşılaşmada da asan qələbə (6:0) əldə edərək, finala yüksəlib. Kamran yarışdakı son rəqibi Qırğızıstan təmsilçisi Janat Kyilbayevə də aman verməyib. İdmançımız 9:0 hesablı qələbə qazanaraq, İslam Həmrəyliyi Oyunlarının qızıl medalına yiyələnib.   

75 kq

Avropa Oyunlarının qızıl, dünya çempionatının bürünc mükafatçısı Elvin Mürsəliyev da ilk olaraq İran idmançısı Rəsul Qarmsiri ilə üz-üzə gəlib. O, 6:1 hesablı qələbə ilə yarımfinala yüksəlib. Mürsəliyev final yolundakı son görüşündə qırğızıstanlı Kayratbek Tuqolbayevlə qarşılaşıb. Çətin keçən sınaq Elvinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Finalda isə idmançımız türkiyəli Furkan Bayraka rəqib olub. 1:0 hesablı qələbəyə sevinən Elvin Mürsəliyev aktivinə qızıl medal yazdırıb.   

85 kq

Yığmamızın digər üzvü İslam Abbasov da komanda yoldaşları kimi, turnirə iranlı güləşçi ilə start verib. İdmançımız Mehdi Fallah Hamidabadi ilə çətin keçən qarşılaşmada 2:1 hesablı qələbə qazanaraq, mərhələ adlayıb. Abbasov yarımfinalda Qırğızıstan təmsilçisi Azat Beişebekovdan da üstün olaraq (3:1), finalda güləşmək hüququ əldə edib. O, həlledici görüşdə türkiyəli Ali Cengizlə qarşılaşıb və 3:1 hesablı qələbə sayəsində İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. 

130 kq

Yunan-Roma güləşində ən ağır çəkidəki təmsilçimiz Sabah Şəriəti digər üç pəhləvanımızdan fərqli, debütünü pakistanlıya qarşı edib. Olimpiya Oyunlarının bürünc mükafatçısı Əkrəm Musab Xan üzərində asan qələbə qazanaraq (9:0), yarımfinala adlayıb. Lakin Şəriəti bu mərhələdə məğlubiyyətlə üzləşib. O, özbəkistanlı Muminjon Abdullayevə 0:8 hesabı ilə uduzub. İdmançımız bürünc medal uğrunda görüşdə Raja Alkradla (Suriya) üz-üzə gəlib və 9:0 hesablı qələbə sayəsində aktivinə İslamiada medalı yazdırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail