İslamiada: Sərbəst güləşçilərimizdən 2 qızıl, 1 gümüş - YENİLƏNİB

19.05.2017 | 3066 dəfə oxunub

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib. Stadium.Az xəbər verir ki, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar.

Onlardan biri ümidləri doğrultmasa da, digər üçü yığmamızın aktivinə medal yazdırıb. Bu mükafatlardan ikisi "qızıl", biri isə "gümüş" olub. 

57 kq

Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşib. Gərgin keçən qarşılaşma həmyerlimizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Mahir Əmiraslanov güləş yığmamıza günün ilk qızıl medalını qazandırıb.  

65 kq

Komanda yoldaşından fərqli, Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meisam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb. Gərgin keçən qarşılaşma təmsilçimizin 3:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün gedişində 2:1 hesabı ilə önə keçən pəhləvanımız çempionluğa yaxın olsa da, ikinci hissədə etdiyi səhv ona baha başa gəlib. Nəticədə Müslimov yarışı gümüş medalla başa vurub. 

74 kq

Bu çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

97 kq

Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurmaqomed Hacıyev güləşib. 21 yaşlı pəhləvan mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edib. İranlı Əmir Muhammadi ilə baş tutan final döyüşünə təmsilçimiz yaxşı başlamayıb. O, 0:2 hesabı ilə geri düşdükdən sonra təşəbbüsü ələ alıb və rəqibinə çətin anlar yaşadıb. Bunun nəticəsi olaraq, Hacıyev yekunda 9 xal fərqi ilə qələbə (11:2) əldə edərək, yığmamıza növbəti qızıl medalı qazandırıb.   

Güləş yığmamız “klassiklər”in mübarizəsində isə 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail